BMU Texnoparkı "Yeni Fikir Müsabiqəsi 2017"nin yarımfinal mərhələsini keçirir - Receb RZAYEV - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









BMU Texnoparkı "Yeni Fikir Müsabiqəsi 2017"nin yarımfinal mərhələsini keçirir - Receb RZAYEV
Tarih: 26.05.2017 > Kaç kez okundu? 130

Paylaş




BMU Texnoparkı "Yeni Fikir Müsabiqəsi 2017"nin yarımfinal mərhələsini keçirir



2013-cü ildən hər il mütəmadi olaraq keçirilən "Yeni Fikir Müsabiqə"sinin bu ilki əsas tərəfdaşı AMEA Yüksək Texnologiyalar Parkıdır. 2016-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan texnopark fəaliyyətə başladığı andan etibarən gənclər arasında təşəbbüskarlığı təşviq edir. AMEA Yüksək Texnologiyalar Parkının müsabiqəyə baş sponsor olmaqda əsas məqsədi innovativ sahibkarlığın inkişafına töhfə vermək və yüksək texnologiyaların inkişafı üçün önəmli olan mühitin formalaşmasına, ölkənin dayanıqlı sosial iqtisadi inkişafına dəstək verməkdir. Texnologiya sahəsində innovativ fikirlərin ortaya çıxarılması, təşəbbüskar düşüncənin inkişaf etdirilməsi, ölkənin və regionun inkişafında rol oyanaya biləcək beynəlxalq rəqabətə dayanıqlı şirkətlərin formalaşdırılması layihənin əsas məqsədlərindəndir.

Müsabiqə Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkı, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İqtisadiyyat Nazirliyi, Gənclər və İdman Nazirliyi və bir sıra şirkətlərin dəstəyi ilə həyata keçirilir.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçirilən yarımfinal mərhələsində "Yeni Fikir Müsabiqə"sinin layihə rəhbəri dr. İsa Qasımov qonaqları və startapçıları salamlayaraq qeyd edib ki, Bakı Mühəndislik Universitetinin həyata keçirdiyi "Yeni Fikir Müsabiqəsi"ndə respublika üzrə bütün gənclər iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək üçün bu il 148 layihə müraciət edib. Yarımfinal mərhələsinə 35 layihə vəsiqə qazanıb. Yarımfinalda hər bir layihənin təqdimatı üçün cəmi 9 dəqiqə vaxt ayrılır. Layihə müəllifləri 4 dəqiqə ərzində layihəni təqdim edirlər. Qalan 5 dəqiqə ərzində isə münsiflər heyətinin suallarına cavab verirlər. Qiymətləndirmə zamanı layihəni həyata keçirməkdə iddialı olan komandanın bilik və bacarığı, məhsul və xidmətin səmərəliliyi, bazar potensialı, rəqabət gücü və digər bu kimi meyarlar nəzərə alınacaq. Müsabiqənin iyunun 9-da keçiriləcək final mərhələsində isə 5 layihə qalib elan ediləcək. Bir çox tərəfdaşı olan müsabiqədə birinci yeri qazanan layihənin komandasına baş sponsor olaraq, AMEA YTP tərəfindən 10000 manat pul mükafatı veriləcək. Müsabiqədə iştirak edən uğurlu layihələrə, həmçinin AMEA Yüksək Texnologiyalar Parkında inkubasiya və digər əməkdaşlıq xidmətləri təklif ediləcək. Bu il 5-ci dəfə keçirilən Yeni Fikir Müsabiqəsinə indiyədək iş fikri ilə biznesini qurmaq istəyən 842 startap komandası müraciət edib.

Bu günün sonunda münsiflər tərəfindən növbəti mərhələyə keçən layihələr müəyyən olunacaq.





Yorumlar










Aktif Ziyaretçi 15
Dün Tekil 876
Bugün Tekil 505
Toplam Tekil 1934653
IP 54.167.202.184






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































30 Muharrem 1439
Ekim 2017
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Vatan ne Türkiyedir Türklere ne Türkistan,
Vatan büyük ve müebbet bir ülkedir: TURAN
(Ziya GÖKALP)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.382 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu