Ermənistan prezidentinin Böyük Britaniya səfəri uğursuz oldu - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









Ermənistan prezidentinin Böyük Britaniya səfəri uğursuz oldu - Elnur ELTÜRK
Tarih: 17.02.2010 > Kaç kez okundu? 2234

Paylaş


15:15

Ermənistan prezidentinin Böyük Britaniya səfəri uğursuz oldu, prezident Serj Sarkisiyan gözləmədiyi bir zərbəni aldı.” Bu fikirləri Yalquzaq.com-un Sarkisyanın Böyük Britaniya səfəri ilə bağlı suallarını cavablandıran Bakı Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Elnur Eltürk bildirib. "Sarkisyanın Türkiyə prezidenti Abdullah Gülə səfər öncəsi ünvanladığı məktubunun arxasında dayanan əsas amillərdən biri də o idi ki, rəsmi İrəvan guya bölgədə sülhün qorunub saxlanması üçün nəsə etmək istəyir və təhlükəsiz bölgə siyasətini dəstəkliyir, əsas məqsəd də Britaniyada bu imici yaratmaq idi. Bu həmişə olduğu kimi tipik erməni siyasi hiyləgərliyidir. Xatırlayırsınızsa, bundan bir müddət öncə Türkiyə Xarici İşlər Naziri Əhməd Davudoğlu Londonda mətbuat konfransında Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün ilkin şərt olaraq Dağlıq Qarabağdan erməni ordusunun çəkilməsini dilə gətirmişdi. Sarkisyan da bir növ bu açıqlamaya Londonın özündən diplomatik yolla cavab vermək istəyirdi”, – Elnur Eltürk bildirib. "Həm də Sarkisyan gözləyirdi ki, onun Britaniya səfəri uğurlu olacaqdır. Bu da baş tutmadı. Bəs, Böyük Britaniyanın baş naziri Gordon Braunun Sarkisyanı qəbul etməməsinin arxasında hansı səbəblər dayana bilər?” sualını Elnur Eltürk belə cavablandırdı ki, "əvvəla, bu gün rəsmi Londona Ermənistandan öncə qaz-nefti zəngin olan Azərbaycanla əlaqələrin güclü inkişaf etdirilməsi lazımdır. Bildiyiniz kimi dünyanın ən böyük neft şirkətlərindən olan ABŞ-la Böyük Britaniyanın birgə "bp” şirkəti Azərbaycanın neft sektorunda böyük yatırımlar qoyub. Müasir Azərbaycan neft sənayesi texnologiyasının qurulmasında və inkişafında bu şirkətin böyük rolu var. Bölgənin milyard dollarlarla neft layihələri Azərbaycanla aparılan uğurlu siyasətdən sonra gerçəkləşib. O dövrdə Azərbaycana necə təzyiqlərin olduğunu Britaniya rəhbərliyi unutmayıb. Həm də, Ermənistanla hansısa siyasi danışıqları aparmaq mənasızdır. Çünki güclü diplomatiyaya malik olan Britaniya siyasətçiləri yaxşı bilirlər ki, erməni diplomatiyasının arxasında hansı dövlət dayanıb və əgər bir ölkənin xarici işlər nazirinə başqa bir ölkənin xarici işlər naziri hansısa bir sənədi imzalamaq üçün "idi podpişi” əmrini verirsə, o ölkənin müstəqil siyasət yürütməsi qeyri-mümkündür”. "Düzdür, Ermənistan rəhbərliyi Sarkisyanın Braun tərəfindən qəbul edilməməsini təşkilatçıların üzərinə yıxsa da, burada əsas məsələ odur ki, Britaniya Cənubi Qafqazda fəal siyasət yürütmək istəyir, ancaq buna Ermənistanla yox, Azərbaycanla əlaqələrin güclü inkişaf etməsi ilə nail olmaq istəyir. Londonda Azərbaycanın strateji cəhətdən önəmliyini bilirlər və buna da uyğun siyasət yürüdürlər”, – deyə Eltürk sözlərinə əlavə edib. Elnur Eltürk onu da deyib ki, "hələ 1918-ci ildə AXC hakimiyyəti Bakıda yerləşən Böyük Britaniya qoşunlarının komandanlığı ilə apardığı uğurlu diplomatik danışıqlarından sonra komandan general Tomson AXC hakimiyyətini rəsmən tanıdı, hətta sonradan Dağlıq Qarabağda Erməni Milli Şurası AXC hakimiyyətinə qarşı üsyan qaldırmaq istəyəndə general Tomson onlara sərt nota göndərdi. Bundan bir müddət sonra AXC hərbi donanması 1919-ci ilin avqustunda Azərbaycanı tərk edib gedən ingilis donanmasının bazasında formalaşdı. Bu günkü Azərbaycan-Böyük Britaniya əlaqələrinin əsas bazasında bu tarixi-siyasi və iqtisadi əlaqələr durur”.





Yorumlar








Aktif Ziyaretçi 18
Dün Tekil 828
Bugün Tekil 568
Toplam Tekil 1638457
IP 54.163.92.62






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































6 Rebiü'l-Evvel 1438
Aralık 2016
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Türk Devletinin yenilmez, zinde hayat gücü ve Türk Milletinin teminatı ve istikbali gençliktir.
(Alpaslan TÜRKEŞ)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.502 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

Sayac

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu