“Sağlam təhsil – sağlam millət: görülmüş işlər, nailiyyətlər və perspektivlər” mövzusunda elmi-praktiki konfrans keçirilib - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









“Sağlam təhsil – sağlam millət: görülmüş işlər, nailiyyətlər və perspektivlər” mövzusunda elmi-praktiki konfrans keçirilib
Tarih: 20.04.2017 > Kaç kez okundu? 147

Paylaş


Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında “Sağlam təhsil – sağlam millət: görülmüş işlər, nailiyyətlər və perspektivlər” mövzusunda elmi-praktiki konfrans keçirilib. Konfransda böyüməkdə olan nəslin sağlamlığının qorunması məsələləri, bu istiqamətdə görülən maarifçilik tədbirləri müzakirə olunub.

ATU-nun rektoru, professor Gəray Gəraybəyli qonaqları salamlayaraq bildirib ki, “Sağlam təhsil - sağlam millət” layihəsi məktəbyaşlı uşaqların inkişafı, maarifləndirilməsi, təhsili və sağlamlığının qorunması kimi mühüm vəzifələrin həllinə yönəldilib.

Rektor Gəray Gəraybəyli həmçinin bu cür layihələrin önəmindən də bəhs edib: “Bu günki konfransımızda çox ciddi və vacib məsələlərdən danışılacaq. XXI əsrdə təhsil alanların səviyyəsinə diqqət bütün dünyda artmaqdadır. ABŞ, Avropa, MDB, Azərbaycan alimlərinin tədqiqatları göstərir ki, bir çox faktorların mənfi təsirləri nəticəsində uşaq və yeniyetmələrin fiziki, psixi inkişafında müəyyən qüsurlar yaranır və bu da ilk öncə uşağın məktəbli dövrünə təsadüf edir. Buna görə də məhz məktəb şəraitində uşaqların düzgün inkişafına, düzgün həyat tərzinin formalaşmasına, düzgün qidalanmasına və s. faktorlara diqqət yetirilməlidir. Azərbaycan Respublikasının Təhsil İnkişafı üzrə Dövlət Strategiyasının qarşıya qoyduğu vəzifələri nəzərə alaraq, 2013-cü ildə Təhsil Nazirliyinin “Sağlam təhsil” layihəsinə başlanıldı. Bu layihənin əsas məqsədi fiziki və mənəvi sağlam, yüksək savada malik olan Azərbaycan vətəndaşları yetirmək idi”.

Azərbaycan Dövlət Pedaqoji Universitetin rektoru, professor Cəfər Cəfərov bildirib ki, Təhsil Nazirliyi tərəfindən son illər həyata keçirilən layihələr məktəbəqədər, orta, ali və digər gənc nəslin təhsillə yanaşı tərbiyəsində də böyük rol oynayır: “2014-cü ildən başlayan bu layihə bugünədək Bakı və Sumqayıtın 35 məktəbinin 116 sinfində tətbiq olunub. Bu cür layihələrin uğuru ilk növbədə ibtidai sinif müəllimlərindən asılıdır. Gələcək ibtidai sinif müəllimlərini "Sağlam sinif" layihəsində iştirak edən siniflərlə tanış etmək üçün ibtidai təhsil fakültəsinin nəzdində Sağlam Təhsil Pedaqogikası Mərkəzi və sağlam təhsil auditoriyası yaradılıb. İbtidai sinif müəllimliyi ixtisasında uşaq anatomiyası, fiziologiyası, həyat bilgisi və onun metodikası, ibtidai təhsilin pedaqogikasının tədrisində məktəblərin sağlamlığı və sağlam təhsıl texnologiyaları ilə bağlı daha geniş məlumatların verilməsi nəzərdə tutulub. "Sağlam təhsil-sağlam millət" layihəsinə uyğun olaraq, pedaqogika kursunun tədrisində pedaqoji valeologiya və didaktologiyanın əsasları öyrədilir”.

Təhsil Nazirinin müşaviri Həsən Həsənli bldirib ki, 2014-cü ilin mayında 2500 məktəblinin diaqnostik qiymətləndirmə aparmaq üçün tibbi monitorinq keçirilib. Ənənəvi siniflərdə məktəbi bitirən yeniyetmə məzunlar arasında görmə problemi 45 faiz, qamət pozuntusu isə orta hesabla 50 faiz təşkil edib. Birinci sinifdə təhsil alan oğlanlar arasında fiziki inkişaf çatışmazlığı 19 faiz, beşinci sinifdə 33 faiz, sonuncu sinifdə isə artıq 40 faiz təşkil edib: “Mütəxəssislərimiz tərəfindən aparılmış monitorinqlərin statistik təhlilləri də göstərir ki, ənənəvi siniflərlə müqayisədə sağlam təhsil siniflərində şagirdlərin hər bir istiqamət üzrə nəticələri əhəmiyyətli dərəcədə yüksəkdir”.

Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, millət vəkili Bəxtiyar Əliyev qeyd edib ki, sağlam həyat və mühit şagirdlər üçün olduqca vacib məsələdir: “Cəmiyyətin sağlamlaşdırılması hər bir dövlətin qarşısında duran əsas məsələlərdəndir. Görülən işin uğuru onun müxtəlif peşə sahiblərini bir arada toplamasından irəli gəlir. Sağlam mühiti yaratmadan sağlam insanı da yetişdirə bilmərik. Bu məqsədlə layihənin birinci mərhələsində kiçikyaşlı məktəblilər sağlam təhsilə cəlb edilib. Gələcəkdə bu sistemin bütün məktəb yaşlı uşaqları əhatə etməsi daha məqsədəuyğun olardı”.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin monitorinq, təhlil və İT şöbəsinin müdiri İsa Əliyev bildirib ki, icbari tibbi sığorta sistemində uşaqlar sığorta haqqı ödəməkdən azad olacaqlar uşaqlara tibb müəssisələrində göstərilən bütün tibbi xidmətlərin xərcləri agentliyə dövlət tərəfindən ödəniləcək.

Konfransda çıxış edənlər uşaq və yeniyetmələrin sağlamlığının mühafizəsi və gigiyenasından, onların sağlamlığının qorunması və məktəblərdə sağlamlığın təşviq olunmasının əhəmiyyətindən bəhs edib, bu pilot layihənin məktəblilərin sağlamlığının qorunmasına xidmət etdiyini bildirib və onun gələcəkdə daha da genişlənməsinə ümid etdiklərini vurğulayıblar.

Qeyd edək ki, konfransda Uşaq və yeniyetmələrin sağlamlığının mühafizəsi və gigyenası Elmi-Tədqiqat İnstitutunun direktoru, Rusiya Federasiyası Elmlər Akademiyasının müxbir üzvü, professor V. Kuçma da iştirak edirdi.

Konfransda ATU-nun qidalanma gigiyenası kafedrasının müdiri, Dos. İbrahim Əhmədov, Təhsil Nazirliyinin aparıcı məsləhətçisi, p.ü.f.d. Afət Süleymanova,AMEA-nın Fəlsəfə institutu, Sosiologiya şöbəsinin müdiri, ə.e.x Prof.Rəfiqə Əzimova,Uşaq və yeniyetmələrin sağlamlığının mühafizəsi və gigiyenası ETİ-nun direktoru, REA-nın müxbir üzvü, professor V.R.Kuçma, Respublikanın baş epidemioloqu, ATU-nun epidemiologiya kafedrasının müdiri Prof.İbadulla Ağayev, Azərbaycan Tibb Universitetinin dosenti Nigar Süleymanzadə, MTTM, AMEA-nın dissertantı, sosioloq, Nigar Şahhüseynbəyova, Bakı Dövlət Universitinin Psixologiya kafedrasının p.ü.f.d. А.Bunyatova, ATU-nun ictamai sağlamlıq və səhiyyənin təşkili kafedrasının müdiri Prof.Rafiq Çobanov, Azərbaycan Dillər Universitetinin Psixologiya kafedrasının müəllimi Sevinc Əmirova, Rasional Inkişaf uğrunda Qadınlar Cəmiyyətinin sədri, Qadınlar üçün Qlobal Fondun Azərbaycan üzrə nümayəndəsi gender üzrə mütəxəssis Şəhla İsmayıl, 18 nömrəli məktəbin direktoru, əməkdar müəllim Rəna Süleymanova, 26 nömrəli məktəb, ibtidai sinif müəllimi, Qabaqcıl təhsil işçisi Qönçə Qasımova, ATU-nun uşaq və yeniyetmələr gigiyenası kafedrasının dosenti Sədaqət Həsənova , ADPU-nunmüəllimi Xuraman Nağızadə, ADPU-nun SABAH qruplarının koordinator rəhbəri Lalə Mursəlbəyova, Azərbaycan Tibb Universitetinin dosenti Zöhrə İsmayılovanın çıxışları dinlənildi.

Ümumilikdə, elmi-praktik konfransında təxminən 200 nümayəndə, o cümlədən alimlər, müəllimlər, müxtəlif dövlət qurumların nümayəndələri və məktəb direktorları iştirak ediblər.





Yorumlar










Aktif Ziyaretçi 32
Dün Tekil 1041
Bugün Tekil 423
Toplam Tekil 1933695
IP 54.225.47.94






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































29 Muharrem 1439
Ekim 2017
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Sevgim - Millete!
Vurgunluğum - Azadlığa ve adalete!
itaatim - Hocalarıma!
Borcum - Dostlarıma ve meslektaşlarıma!
Nefretim - Yalancılara ve iki yüzlülere!

(Ebülfez ELÇİBEY)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.406 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu