Muğam adları haqqında düşüncələr - Prof. Dr. Bəhmən SULTANLI - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









Muğam adları haqqında düşüncələr - Prof. Dr. Bəhmən SULTANLI
Tarih: 17.04.2017 > Kaç kez okundu? 144

Paylaş


Sayqılı münsiflər! Mən muğam müsabiqəsi ilə bir muğamsevər olaraq maraqlananlardanam. Ona görə, dediklərimdə düzdün sayılmayan fikirlər, yanlış mühakimələr də ola bilər. Muğam yarışmasının bir dinləyicisi-tamaşaçısı olaraq öz münasibətlərimi Sizə bildirməyə ehtiyac duydum. Bununla, öncəki müsabiqələrdə də bəzi münasibətlərimi Sizlərə çatdırmağa çalışmışam.

Ümumi rəyə qoşularaq onu deyə bilərəm, Sizin münsifi olduğunuz hazırkı muğam müsabiqələri musiqi tariximizdə ən böyük mədəni hadisələrdəndir. Bu hadisə təkcə milli muğamlarımızı, milli musiqimizi deyil, həm də dilimizi, ədəbiyatımızı, ümumilikdə, mədəniyətimizi və mədəniyət tariximizi əhatə edir. Çünki muğama qəzəllər ədəbiyatdan gəlir, qəzəli oxuyanda dil, nitq mədəniyəti amili mühüm rol oynayır, muğamlarımızın yaranma tarixi, musiqimizin başqa janrları ilə qarşılıqlı etkisi ortaya çıxır. Bütün bunlar isə muğamlarımızın ortaya gəldiyi dönəm, zaman, ictimai, fəlsəfi-psixoloji durum haqqında söz deməyə imkan verir. Muğam oxunması yalnız muğam müsabiqələrindən sonra mümkün olduğunu demək fikrində deyiləm. Sözsüz, ta qədimlərdən muğam müsabiqələrinə qədər də muğam oxunub. Ancaq muğam oxuyanlar arasında muğamı sevərək, onun taleyini düşünərək, öz oxumalarında məsuliyət duyaraq, səs imkanlarına görə milli qeyrətinə zorlanaraq oxumaya bilməyib, oxuyanlar da olub, “elə-belə” oxuyanlar da. Rus-sovet imperiyası dönəmində muğama düşmən, ögey, həm də aşağılayıcı münasibətlər olduğu gizli deyil. Bu da muğamlarımızın zaman keçdikcə cırlaşmasına, öz məcrasından uzaqlaşmasına yönəli düşünülmüş xain bir niyətin sonucu idi. Bütün bunlara baxmayaraq, muğamımızı nə zaman, nə də xain, məkirli niyətlər sıradan çıxarda bilmədi. Müstəqillik dönəmi Azərbaycan muğamının dirçəlməsi, inkişafı üçün yetərli zəmin yaratdı. Müstəqilliyimizdən yararlanan Heydər Əliyev Fondu (Fondun rəhbəri xanım Mehriban Əliyeva) ilkin “Muğam Mərkəzi” yaratdı, “Muğam Müsabiqəsi” layihəsi irəli sürdü və layihəyə Azərbaycanın muğam ustadlarını münsif seçdi, layihə gerçəkləşdirildi. Müsabiqənin qalibləri yüksək muğam ifaçılığı sərgilədilər və sərgiləməkdədirlər. Bu da münsiflərin layihəyə vicdanla, bacarıqla, milli qeyrətlə, muğama sonsuz məhəbbətlə, öz görəvlərinə məsuliyətlə yanaşmalarının sonucunda baş verdi. Artıq, fəxrlə, əminliklə demək olar, xalqımızın möhtəşəm, yenilməz muğam məktəbi yaranmışdır!

Muğam oxunan zaman qəzəllərdə sözlərin deyilişi, sözlərdə vurğu məqamları, hərflərin düzgün və yerində işlədilməsi, nitq mədəniyəti, qəzəllərin seçilməsi və zəruri ixtisarları... baxımından klassik Azərbaycan ədəbiyyatını, özəlliklə də qəzəl sahəsini yaxşı bilən mütəxəssisə böyük ehtiyacın olması ilk oxumalardan duyulmaqda idi. Bu ehtiyacı nəzərə almaqla, şeirlərindən, povest və romanlarından, ssenarilərindən, Azərbaycan Dövlət Televiziyasında yayımlanan “Məclisi-Üns” ədəbi verilişindəki çıxışlarından yaxşı tanınan, rəğbət bəslənilən yazıçı-kinodramaturq İlqar bəy Fəhmini sıralarınıza gətirməyiniz də yerinə düşən hal və layihə üçün tapıntı sayıla bilər. Bununla, İlqar bəyin yuxarıda vurğulanmış sahələrdə ortaya çıxan çatışmazlıqlara aid iradları, düzəlişləri, tövsiyələri nəzərdən qaçmır və layihənin mükəmməlliyinə xeyli töhfələr verməkdədir.

Bunca, İlqar bəy yanlış demirəmsə, Füzuli qəzəllərinin hansındasa “qanda” sözünə aydınlıq gətirmək istədikdə, bu sözü araşdıranların çox olduğunu, ancaq hələ də onun anlamı haqqında eyni rəyin formalaşmadığını bildirdi. Aydın olduğu kimi, dilimizdə “handa” sözü işlənməkdədir. Ola bilsin, “qanda” sözü “handa” sözünün h↔q keçidi hesabına təhrifə uğramış şəklidir. Çox zaman deyirlər: “handabir şair qəzəl yaza bilər”, “muğamı handabir xanəndə tutalım, Əlibaba bəy Məmmədov kimi, Arif bəy Babayev kimi, Canəli bəy Əkbərov kimi, Səkinə xanım İsmayılova kimi yaxşı oxuya bilər”. Burada “handa” sözü “tək-tək”, “az-az” anlamındadır. Bu söz ayrı-ayrı fikirlərdə ayrı-ayrı anlamları verə bilər. Sözsüz, bu, mənim bir şəxs olaraq öz fikirimdir, yanlış da ola bilər, düz də. Bunları deməkdə yalnız bir məqsəd daşımışam: həmin məsələni bacardığım, bildiyim şəkildə yada salmaq, yaddaşa söykənəcək vermək.

Azərbaycan muğamının inkişafından danışanda, muğam adlarından danışmamaq düzgün olmaz. Bizim muğamların adları onların bizə məxsusluğunu tam şəkildə vermir, inkişaf yoluna işıq salmır. Bu haqda Sizə ünvanladığım məktublarımın birində də söz açmışdım. Budəfəki yazımda həmin fikirlərimin davamına diqqət yönəltmək istəyirəm.

Zamanında muğam adlarında bəzən hərf dəyişikliyi, bəzən də özəl dəyişiklik yaradılaraq muğamlarımızın adlarını dilimizin qanunlarından sapdırılmışdır. Bu yapma dəyişiklərə düzəlişlər edilməli olduğu halda, dilimizin indiki inkişafı dönəmində elə həmin əcaib şəkildə də saxlanır, işlədilir. Məsələn, xavəran, bərdaşt, əraq, ovşarı, zəngulə, bəstə-nigar, şüştər... bu qəbildəndir. Sözün “Xavəran”dakı “xavər” bölümü sözlüklərdə “Şərq” anlamındadır, “an”ı musiqi anlayışları vasitəsilə “xavər”ə birləşdirmək muğam-musiqi mütəxəssisləri üçün çətinlik törətməz. Düşünürəm, “Bərdaşt”da “t” hərfi sözün deyilişindən doğub və “bərdaş” sözünə artırılıb. Onda, muğamın adı nə üçün “bərdaş”? Burada ahəng qanunu pozulub, “bardaş” sözü “bərdaş” şəklinə düşüb. Bu söz isə, dildiyimizdə işlənməkdədir. Bardaş yerdə oturuşun bir növüdür. Bu növ oturuş zamanı ayaqları geri çəkib qılçaları çarpazlayırlar. Xalq artisti, qüdrətli xanəndə Alim Qasımov da muğam oxuyanda çox zaman düzgün olaraq bu cür oturur. Görünür, həmin muğamı elə oxumaq onun üçün daha rahatdır. Ola bilər, muğamın adı “bardaş” da buradan alınıb!

“Kürdü” muğamını dinlədikdə görürük, bu muğamda həm coşqunluq var, həm də bəmlik və ləngərlik. Kim Kür çayını seyr edibsə, o, Kürün gah coşduğunu, kükrədiyini, gah da ləngərlə axdığını müşahidə etmiş olar. Bu, Kür çayı ilə “Kürdü” muğamı arasında təkzibedilməz oxşarlıqdır. Burada heç bir qəribəlik yoxdur. Muğama adı elə-belə verməzlər, ya təbiətin, ya da insanın törətdiyi, yaratdığı hansısa bir olayı, insan bədəninin bir tərpənişi, rəqsi ilə uyğunluğuna, ya da nələrləsə məzmun oxşarlığına görə seçərlər. Kürün səsi ilə “Kürdü muğamının bənzərliyi “Kürdü”nün təbiətlə bağlılığı, təbiətdə baş verənləri ifadə etdiyinin bir göstəricisidir. Bilindiyi sayaq, hər hansı bir musiqi yaranırsa, bu musiqi onu yaradanın hüceyrəsində baş verən oyanışla, tərpənişlə, rəqslə bağlıdır. Bu baxımdan yanaşdıqda, deyə bilərik, “Kürdü”də “-dü” hissəciyi “Kürdü” muğamın milliyət bağlılığının göstəricisi deyildir. Əslində, bu həssəcik “Kür”ə qoşulmasa, Kür çayının adını verər, “-ü” ilə əvəzlənsə, “kürü” (məsələn, balıq kürüsü) alınar. Bizə görə, “Kür”ə “-dü” hissəciyinin qoşulması “Kürdü” muğamının “Kürsayağı” anlamını almaq üçün məcburluqdan irəli gəlib. Burada vurğulanan mühakimələr “Kürdü” muğamının adının Kür çayının adından götürüldüyünü deməyə müəyyən əsas verir.

Bilmirəm, “ovşarı” sözünü harada isə eşidən olubmu (“ovşarı” muğamı istisna olunmaqla)? Doğrusu, belə sözü mən özüm eşitməmişəm. Onda maraq doğur: bu söz haradan ortaya gəlib? Bizcə, “ovşarı” sözü “əfşarı” sözünün təhrif olunması sonucunda yaranıb. Bu əməliyat çox sadə yolla baş verə bilər: “əfşarı” sözündə “ə” səsi “o” səsi ilə, “f” səsi də “v” səsi ilə əvəzlənsə “ovşarı” alınar. Ona görə, adı çəkilən muğam “ovşarı” yox, “əfşarı” adlandırılmalıdır. Tarixçilərin “Şərqin İkinci Napoleonu, İkinci Makedoniyalı İskəndəri” adlandırdıqları qüdrətli sərkərdə, türk soylu əfşarlar sülaləsinin banisi Nadir Şah Əfşar da əfşarların Azərbaycan tarixində oynadığı rolun təmsilçisidir. Bu baxımdan yanaşdıqda, adı çəkilən muğamın “Əfşarı” adlandırılması (“bayatı – qacar” muğamı da var!) təbii qarşılanmalıdır. “Əfşarı”nin təhrifə uğradılaraq “ovşarı” halına salınması ya düşünülmüş şəkildə baş vermişdir, ya da hansısa xalqın dil qanunlarına uyğunlaşdırılmışdır.

Çox zaman ortaya soru çıxır: “Bayati-Kürd”ün, “Bayati-Şiraz”ın, “Bayati-İsfahan”ın, “Bayatı-Fars”ın, “Əraq”ın, “Üşşaq”ın, “Manəndi-Müxalif”in, “Xavəran”ın... Azərtürkə nə aidliyi? Belə düşünənləri heç nəyə görə haqsız saymaq olmaz. Çünki “Bayati-İsfahan” “İsfahan bayatısı”, “Bayati-Fars” “Fars Bayatısı” (o birilərə də bu cür yanaşmaq olar) kimi anlaşılır: biri İsfahan Bayatısı, biri Şiraz Bayatısı, biri Fars Bayatısı... Buradan belə çıxır, hər şəhərin özünün muğamları olub və bu muğamlar şəhərlərin adı ilə bir yerdə “Azərbaycan muğamı”na çevrilib. Bu, inandırıcı deyil və insan ağlında heç cür özünə yer eləyə bilməz. Mən bu anlaşılmazlığı “Bayati” sözündəki “i”səsində və “defis”də görürəm. Düşünürəm, “i” səsinin yerində “ı” səsi olmalıdır. Onda, məsələn, Təbriz Bayatısı yox, adı Təbriz olan bayatı, İsfahan Bayatısı yox, adı İsfahan olan bayatı... anlamı alınır. Burada adi olmayan bir şey yoxdur. Ola bilsin, məsələn, Təbrizdə bir xanəndə olub, muğamı hamıdan yaxşı oxuyub, ona yenilik gətirib, həmin muğamın adını qoyublar “Təbriz”, İsfahanda bir xanəndə olub, muğamı hamıdan yaxşı oxuyub, ona qatqıları olub, adını qoyublar “İsfahan”... Başqa cür də ola bilərdi, ancaq bunu misal olaraq dedim, demək istədim, adı çəkilən muğamların adları onların hansı ölkəyə, xalqa məxsusluğunu deyil, muğamın adını bildirir, necə Həsən, Hüseyin insanlara verilmiş adlardır, Təbriz, İsfəhan, Şiraz... da muğamlara verilmiş adlardır. Sözümün canı ondadır, məncə, muğamların adları belə yazılmalıdır: “Bayatı – Təbriz”, “Bayatı – İsfahan”... Həm “i” səsi yerinə “ı” səsi işlənməlidir, həm də “defis” əvəzinə “tire” qoyulmalıdır. Belə olduqda, muğamlarımıza öz doğma adları qaytarılmış olar.

Aydın olduğu kimi, dillər arasında eləsi yoxdur, təcrid olunmuş, başqa dildən söz almamış yaşaya bilsin. Ancaq, dil başqa dillərdən söz alanda, bu sözləri öz qəlibinə salır, öz qanunlarına tabe etdirib içərisinə buraxır, ona özü ilə yanaşı işləmək hüququ verir. Bizdə isə, çox zaman belə olmur, dilin bu hüququ əlindən alınır; hətta doğma sözlərimizin yazılışında dilimizin qanunları pozulur, mənşəcə bizim olan sözlərimiz özümüzə yadlaşır. Məsələn, dilimizin baş qanunlarından olan “Ahəng qanunu” bir çox hallarda pozulur, doğma sözlərimiz öz relsindən çıxır.

Muğamların hansı xalqa mənsub olduğunu müəyyənləşdirməkdə işlək faktorlarından biri də muğam adlarıdır. Muğam adlarının, muğam adlandırmalarının çoxu türk sözləridir, bizim sözlərdir. Ancaq onlarda ahəng qanununun pozulması, hərflərin bir-biri ilə əvəzlənməsi yolu ilə bu sözlərin təhrifə uğradılması muğam adlarını bizə yadlaşdırılmış, təhrif olunaraq başqa dillərə uyğunlaşdırılmışdır...

Yuxarıda dediyim məsələlərin Sizlərin, o sıradan da Əməkdar İncəsənət Xadimi, layihənin rəhbəri sayqılı Nadir bəy Axundovun fikrindən yayınmadığını vurğulamaya bilmərəm. Bununla yanaşı, məsələlər hələ öz həllini tapmayıb.



Muğam – 2017-nin münsifləri sıra ilə: 1.Əməkdar İncəsənət Xadimi Nadir Axundov, 2.Xalq Artisti Əlibaba Məmmədov, 3.Xalq Artisti Arif Babayev, 4.Xalq Artisti Səkinə İsmayılova, 5.Xalq Artisti Mənsum İbrahimov, 6. Yazıçı-dramaturq İlqar Fəhmi, 7.Əməkdar İncəsənət Xadimi Sərdar Fərəcov.





Yorumlar










Aktif Ziyaretçi 34
Dün Tekil 1038
Bugün Tekil 478
Toplam Tekil 1930724
IP 54.80.137.168






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































26 Muharrem 1439
Ekim 2017
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Başka dile uymaz ananın sesi, Her sözün ararsan vardır Türkçesi
(Ziya GÖKALP)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.692 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu