Soyqırım törətmək ermənilərin nəyinə gərək idi? - Bəhmən SULTANLI - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Soyqırım törətmək ermənilərin nəyinə gərək idi? - Bəhmən SULTANLI
Tarih: 14.04.2017 > Kaç kez okundu? 1326

Paylaş


Xocalı soyqırımı törədib özünü dünyada cinayətkar kimi tanıtmaq ermənilərə nə verə bilərdi? Bu soyqırımı törətməkdə məqsəd nə idi? Bu soruya cavab tapmaq incə məsələdir. Azərbaycan İranla Rusiya arasında bölünəndən (1813, 1828-ci illər) sonra Rusiya ermənilərin satqınlığından, heyrət doğuran cürbəcür əcaib keyfiyətlərindən yararlanmaq üçün onların İrandan və başqa ölkələrdən Azərbaycan ərazisinə köçürülməsinə, onlara bu ərazilərdə dövlət yaradılmasına söz vermişdi. Bunun qarşılığında da onlar ruslara nökər olacaqlarını vəd etmişdilər. Azərbaycan ərazilərinə köçürüləndən sonra Azərbaycanda yaşaya-yaşaya Azərbaycana, Türkiyədə yaşaya-yaşaya Türkiyəyə xəyanət etdilər. Rusiya onların belə xəyanətcil xarakterlərindən bəhrələnməli oldu. Ermənilər 1915, 1918-ci illərdə Rusiyanın hərtərəfli köməyi ilə Bakı şəhərində, Naxçıvanda, Quba, Şamaxı, Neftçala, Lənkəran, Salyan, İsmayıllı bölgələrində kütləvi qırğınlar törətdilər. Bolşeviklər Azərbaycan Xalq Cümhuriyətini susduraraq Azərbaycanı işğal etdikdən sonra yaranan rus-sovet imperiyası siyasi məqsədlərlə imperiyaya daxil olan xalqların bir-birinə qardaş olduğunu elan etdi. Bu ideya əslində türk, müsəlman xalqlarına aid edilmirdi. Ermənilərə tam müstəqillik verilmişdi. Türklərlə, müsəlmanlarla necə rəftar edilməsi məsələsi onların sərəncamında idi. Bu məsələlərə etiraz edən olsaydı, buna siyasi rəy verilirdi, etirazçı həbs edilirdi. Ermənilər rus-sovet imperiyası üçün yolverilməz olan terror örgütləri yaratmışdılar. Terror örgütlərindən biri “Krunk” (bunun terror örgütü olduğu 1988-ci il Ermənistan-Azərbaycan olayları başlayandan sonra aydın oldu) idi. Bu örgüt yenicə doğulmuş uşaqdan tutmuş görkəmli kəslərin ayrı-ayrı yollarla öldürülməsinədək çox geniş miqyaslı cinayətlər törətməklə məşğul idi. Ermənilər təhlükəsizlik orqanlarının, eləcə də xalqın gözü önündə ermənilərdən “Krunk” üçün pul yığırdılar. Pul verməyən ermənini isə gözəgörünməz yollarla sıradan çıxardılırdılar. Bütün bunlar imperiyanın maraqlarına xidmət edirdi. İmperiya 1918-ci il soyqırımının yaddan çıxmasına imkan vermək istəmirdi, istəyirdi, istədiyi anda ermənilərlə azərbaycanlıları toqquşdura, onlar arasındakı düşmənçiliyi istədiyi zaman kəsiyində qızışdıra bilsin. İndi rus-sovet imperiyası yoxdur, onun varisi olan Rusiya Federasiyası var. Rus-sovet imperiyasının varisi də imperiya xislətlidir və onun yolu ilə gedir. Bu baxımdan, Rusiya Federasiyası çalışır əbədi olaraq Ermənistanla Azərbaycan arasında toqquşmalar, qırğınlar, soyqıırımlar yarada bilsin. Xocalı soyqırımını ermənilər Rusiyanın təhriki və müxtəlif yardımları ilə törətmişlər. Bu məsələdə Rusiyanın məqsədi 1918-ci il soyqırımını təzələmək, yada salmaq, ermənilərlə Azərbaycanlılar arasında düşmənçiliyin daha da dərinləşməsinə, onlar arasında heç zaman anlaşma olmamasına nail olmaq olmuşdur.

İndi bir çox erməni siyasətçiləri Ermənistan-Rusiya dostluğunun mahiyətini lazımınca anlayıblar. Erməni siyasətçiləri hazırda Rusiyanın üzünə qayıdır, Rusiyanın köməyi ilə elədiklərini Rusiyanın üzünə vurur, ona barmaq silkələyirlər. Zaman gələcək, onlar öz elədikləri cinayətlərə Rusiyanı da şərik edəcəklər…

13.04.2017





Yorumlar









Aktif Ziyaretçi 40
Dün Tekil 1787
Bugün Tekil 929
Toplam Tekil 4068851
IP 3.17.6.75






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























11 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Sevgim - Millete!
Vurgunlu um - Azadl a ve adalete!
itaatim - Hocalar ma!
Borcum - Dostlar ma ve meslekta lar ma!
Nefretim - Yalanc lara ve iki y zl lere!

(Eb lfez EL BEY)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.215 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu