ZAMAN PARADOKSU - Farhad MAMMADOV - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









ZAMAN PARADOKSU - Farhad MAMMADOV
Tarih: 14.02.2010 > Kaç kez okundu? 2524

Paylaş


- Aaaaa.....yoxx.....aaaa....qoymayın...- qara nəməlum onu qəflətən buraxdı və əks istiqamətdə qaçaraq qaranlıqda yoxa çıxdı.

Tədricən ətraf işıqlanmağa başladı. Lakin bu işıqlanma qeyri-təbii görünürdü...Belə işıqlanma nə çöldə nə də yaşayış yerlərində olurdu. İçəri məkanın işıqlanması açıq sarı rəngdə idi. Uzanmış vəziyyətdə olduğundan başı ancaq yerləşdiyi yerin tavanını görürdü. O da ki, yarım açıq gözlə. Gözlərini tam açmağa hələ gücü yox idi...Elə hey təkrarlayırdı – qızılın qalanları qalıb, istifadə eləmərəm...söz verirəm...qaytararam söz verirəm...- Bir neçə dəqiqədən sonra gözü tam açılanda tavanda qeyri adi şeylər görməyə başladı...Belə şey o birinci dəfə idi ki, görürdü. Təxminən altı qadın, olduqca qədim geyimlərilə, yerdə uzanmış, gözləri yumulu, yəqin ki, ölmüş, bir saqqalı, uzun saç, yarı çılpaq kişinin yanında ağlaşırdılar. Arxa fonda isə digər dolu, yaşı altmışı keçmiş kişi də var idi. O bu ağlaşma mənzərəsini seyr edirdi. Qadınların ah-nalələri sakitdə olsa, adi qulaqla eşidilirdi...Birdən bu mənzərə yox oldu...yenidən qara fon yarandı...digər bir mənzərə meydana çıxdı...Rəsul artıq tavandakının böyük ekran olduğunu başa düşüb, harada olduğunu aydınlaşdırmağa başladı...Özünü çox ağır hiss edirdi...Elə bil çəkisi iki dəfə artmışdı.Əllərini qaldırıb baxanda dəhşətə gəldi...Əllərinin diametri əvvəlkindən çox böyük idi...Həm də tükləri ağ-appaq olmuşdu...Biləyinə yaxın yerdə iri bir xal ləkəsi var idi...Rəsul əvvəl qorxsa da sonradan bunun işıq effektinə görə belə göründüyünü güman etdi...Əynində çox nazik kimano stilində olan xalat var idi ki, Rəsul xalatın onu qızdırdığını hiss edirdi...Rəsul xəstəxanada yerləşdiyini artıq yəqin etmişdi...Lakin bu Bakıda olsa idi o başını kəsməyə hazır idi. Qapının açılması ilə işıqlandırma sisteminin normal işıq tonuna keçməsi bir oldu...Artıq əllərinin doğrudanda öz əllərinə bənzəmədiyini, qoca bir şəxsin əli olduğunu gözləri ilə gördü...Bu an sarı xalatlı və kalpaklı həkimlər, və yəqin ki tibb bacıları da içəri girmişdilər... Rəsul qışqırmağa başladı.

- Mənə neyləmisiz...neyləmisiz mənə....Ay Allah mənim günahım nə idi axı...- deyə körpə uşaq tək ağlamağa başladı...Yəqin etdiyi tibb bacılarından ikisi, (üzlərində maska olduğundan yaşlarını ayırd etmək çətin idi) ona sarıldı. Birincisi başına sığal çəkərək ---

- Baba—baba...dedi- Rəsul dərin bir şoka düşdü...Bəlkə mən bıçaqlanan gün komaya düşmüşəm, yalnız indi oyanmışam...Bəs axı Günay hamilə deyildi...Bu nəvələr hardan çıxdı...

- Baba, biz hep yanındayız...Senin uyanmağını özlüyorduk...- Rəsul burada nəisə anlaşılmamazlıq olduğunu güman etdi...Deməli bunlar türkdülər məni baba- yəni ata hesab edirlər...Yəqin xəstləri səhv salıblar. Nazik tonla. Bu an digər iki həkim, (kişi) öz aralarında pıçıldaşmağa başladılar.

- Xanım mən Sizi tanımıram...Yəqin ki, atanızı səhv salmısız...Mən Azəriyəm, türk deyiləm...-Rəsul cavab almaq üçün həmən qızın gözlərinə baxdı...Nədənsə o key kimi durub qalmışdı, ətrafdakılara da göz gəzdirdi...hamı lal-dinməz ona heyrətlə baxırdılar...Rəsul dialoq zamanı yaranan fasilələrə nifrət edərdi...Ona görə də, söhbətinə davam etdi.

- Mənim adım Rəsul Orucovdur...Həkiməm...oy, siz türklər buna doktor deyirsiz, mən doktoram, yəqin ki, məni kiməsə oxşatmısız...-birdən öz özünə dedi “ bəlkə heç bu sarsağlar bizim Azəri türkçəsini anlamırlar”- ola bilər beni kimese benzetmisiz.

Kişi həkimlərdən biri otağı dərhal tərk etdi. Digər həkim isə çarpayının yanında əyləşmiş qadınların arxasına keçdi...Bəli yenə də Rəsul səhv etmişdi...Bu həkim deyildi, onun da bu ailəyə aidiyyatı var idi. Birdən digər bir qadın ağlaya-ağlaya,

- Bayhan, neden bizlerle böyle yapıyorsun...Niçin bizi korkutuyorsun...Böyle aşahlık olma, bizleri beyenmiyorsan, sadece söyle, burada “ben Azeriyim” tiatrosu kurma...Sen nerden böyle güzel Azerice konuşuyorsun...-deyə göz yaşlarını sildi gülümsəyərək, maskasını aşağı saldı...Bəli qadın yaşlı olmasına ramən olduqca gözlə qalmışdı, yəqin ki qızın anası idi və Rəsulla səhv saldıqları xəstənin həyat yoldaşı...Cavan qız yenidən Rəsulun başına sığal çəkərək,

- Babam biziyle alay ediyor...görmüyormusun...- Rəsul artıq tanımadığı bir adamın onun göz-başını əlləmələrindən tənə gələrək qızın əlini itələdi

- Xanım qız, mən sizə dedim axı. Mən Rəsulam, Bayhan-Mayhan deyiləm...Bakıda Buzovna qəsəbəsində Samir Əliyev 3 ünvanında yaşayıram....Yaşım...bax yaşımı dəqiq bilmirəm. Doktor bəydən soruşmaq lazımdır, çox güman ki, mən komada çox qalmışam...Ay Allah, kaş bu yuxu olaydı, mən necə də qocayam- deyə yenidən barmaqlarını üzündə və qoca qollarında gəzdirməyə başladı... Birdən, bayaqdan bəri sadəcə müşahidəci ampulası seçmiş, xanımların arxasındakı cavan oğlan həyacanla

- Bayhan bey, beni de mi tanımıyorsuz? Sizin kızınızın kocasıyım, Orhan bey... Yıllardır sizinle eyni şirketde çalışıyorum... HAYTEÇ TURKEY...dijital kurqular, nano ve sayber cihazlar...Siz şirketin en iyi nano mühendisisiz...Bayhan Çetin

- Cavan oğlan siz nə danışırsız...Mən heç personal kompyuter işlədə bilmirəm...Bir az Windowsdan və ofis proqramlarından başım çıxır...-gülümsəyərək- Mən həkiməm təcili yardım---eh onsuzda başa düşməyəcksiz---hə yadıma düşdü—acil yardımda çalışıyorum. Məni bıçaqlamışdılar...Sonra bilmədim necə oldu, gözümü açdım gördüm burdayam...Yeri gəlmişkən bu xəstəxana, hmm..., hospital nerededir?- Cavan oğlan aqressiv şəkildə

- Biz hastahane sözünü anlıyoruz...Hospital ingilizce seslenir... Siz hastanede diyil, İzmir Solar spadasız- spa bir nev sanatorium...Size solar vitamin C seanslarına celb etmişdik...Bu yaşda böyle her yılbaşı yapılması gerekir. 2020 den beri siz yalnız iki kez yapmısız...Şimdiyse iki bin iyirmi yedidir.—Rəsulun gözləri kəlləsinə çıxdı

- İki min iyirmi yeddinci il...Siz nə danışırsız...Həkim bəy, həkim bəy...Bəs bura xəstəxana deyilsə mən burda nə gəzirəm...aqressiv şəkildə---doktor beyi çağırın tez olun,... doktor, doktor, doktor deyə bağırmağa başladı və yenidən huşu özündən getdi.





*** *** ***

- Bayhan bəy, biz Sizin beyninizi rentqen şüasından keçirdikdən sonra müəyyən şeylər üzə çıxdı ki, Sizin belə davranışınızı və yaddaş pozuntularınızı özü-özlüyündə izzah edir...Hmm...Bilmirəm heç necə başlayım...Bilirsiz...Biz sizin beyninizdə yeddidən çox soxulcan şəkilli parazit aşkar etdik...Msəlum oldu ki, bu parazitlər, sizin beyninizə hardasa beş ay bundan əvvəl düşüb...Bəxtiniz onda gətirib ki, bu parazitlər, tez və kütləvi artan parazitlərdən deyil...Lakin nəticələr də qənaətbəxş deyil...Çox təəsüf edirəm, amma Sizin həmən parazitlər sizin beyninizin müxtəlif yerdən ümumilikdə 15 faizini yeyiblər...- qarşısındakının simasındakı effekti görmək üçün bir qədər fasilə etdi...

- On beş faiz---bəs mən niyə iflic olmamışam- deyə Rəsul və ya Bayhan həyəcanla bildirdi.

- Dediyim kimi, parazitlər müxtəlif yerlərdən yeyiblər, sizin əksər motor funksyalarınız sabit olaraq qalıb, bircə cinsi orqanınızdan başqa,...özünüz başa düşdüz də, ereksiyayla problem olacaq,.

- Onsuz da bu yaşda yəqin ki, artıq lazım olmayacaq da- deyə kinayə ilə xəstə bildirdi.

- Digər tərəfdən isə əsas zərbə sizin yaddaş neyronlarınıza toxunub, belə ki, Sizin Bayhan Çətin kimi həyat dövrünüzdəki yaddaş ardıcıllığını tam şəkildə pozublar...yəni təsəvvür edin ki, sizin yaddaş yeni il yolkalarının ətrafına salınan zəncirvarı, müxtəlif rəng çalarlı, lampalardır ki, bayram gecəsi yandırırlar. Bilirsiz ki, bu lampalardan hər hansı birində pozuntu əmələ gəlsə, digər lampalar da işləməyəcək...Bax sizin Bayhan Çətin kimi də yaddaşınızdakı ardıcıllıq pozulub, beyniniz alternativ yaddaş kimi digər yaddaş hüceyrələrindən, məsələn yəqin ki, nə vaxtsa kitabda oxuduğunuz, və ya eşitdiyiniz, və ya tanış olduğunuz şey haqqında beyninizdə ardıcıl assosassiyalar proqramlaşdırıb, və alternativ yaddaş neyronları ortaya çıxıb...Biz yəqin edirik ki, həmin özünüzü onun kimi təqdim etdiyiniz Rəsul Orucov belə yalançı yaddaşlardandır...Ola bilər ki, heç Rəsul Orucov yaddaşa eyni vaxtda daxil olmayıb, məsələn Rəsul ayrı yaddaş neyronundan Orucov isə ayrı yaddaş neyronundan keçə bilər...Keçən ay müqəddəs Ramazan ayı idi, yəqin ki, Orucov assosasiyasını beyninizdə avtomatik olaraq yaratmızıs,Rəsula gəldikdə isə bu ay dini olduğundan, o cümlədən Allahın əmri, Allah rəsulunun deyimi ilə təyin olunduğundan bu iki informasiyanı birləşdirmisiz...Nəticədə Rəsul Orucov yaranıb, -ov familyasına gəldikdə isə, yəqin ki, bir ay əvvəl Azərbaycan haqqında çox fikirləşmisiz...Bir dəki axı sizin Rəsul adlı oğlunuz da var –həkim Yılmaz özündən razı şəkildə monoloqunu qurtardı, xəstənin reaksiyasını gözlədi...Əslində o, məsələnin ən pis tərəfini Bayhana çatdırmamışdı...Belə ki, cərahiyyə əməliyyatı belə, həmən qurtları beynindən uzaqlaşdırsalar belə, o bir aydan çox yaşaya bilməzdi...Bunu artıq Bayhanın ailə üzvlərinə bildirmişdi...və ona görə onlardan tələb etmişdi ki, xəstəni həyatını və ailə üzvlərini tanımadığına görə çox qınamasınlar. Bayhan isə hey başına bulayır və dilinin altında, nəisə təkrarlayırdı... “Bəs aqoniya, beş yüz əlli beş, məscid” bunlar hamsı ...” , “ Yox ola bilməz, mən Rəsulam, həkim, yaşım...əşi yaş vacib deyil,...X saylı poliklinikada Mərdəkanda işləyirəm”, “Buzovnada yaşayıram”. Həkim Yılmaz artıq onun nə dediklərini qulaqucu eşitdikdən sonra yenidən müdaxilə etdi.

- “Hə, yeri gəlmişkən, dediyiniz kimi, Buzovna Samir Əliyev 3 ünvanını yoxladıq. Hal-hazırda orada Məsimovlar ailəsi qalır... Aybəniz Məsimova,- nənə, Anar Məsimov ata, (arvadın oğlu), və həyat yoldaşı Gülnarə Məsimova...hələ uşaqları yoxdur...- Bayhan həkimin sözünü kəsdi

- Həkim axı siz bu dərəcədə axmaq ola bilməzsiz...Mənə 2008-ci ildə və ondan qabaq orada kimin yaşadığı lazımdır...

- Bir az səbriniz olsa idi...artıq mətləbə çatırdım...İş orasındadır ki, Məsimovlar ailəsi 1946-cı ildən bu evdə yaşayırlar...Anar Məsimovun atası da evin tək uşağı olub, ona görə elə bu evdə yaşayıblar...Ətrafdakı evləri və hətta sizin guya işlədiyiniz X saylı poliklinikanı da yoxladıq,

- Mərdəkandakı?

- Bəli Bakı şəhəri Mərdəkan qəsəbəsi,...maraqlısı odur ki, belə bir poliklinika həqiqətən də var...yəqin havaxtsa bu barədə eşitmişdiz...Nəisə. Bu poliklinika 2012-dən bəri öz fəaliyyətini dayandırıb, bina isə ümumiyyətlə yerlə yeksan edilib, çünki Mərdəkan, Şüvəlan, Şağan artıq qapalı turizm şəhərləridir...Burada yaşayış yoxdur...yalnız turistlər qalır, birdə işçilər...2008-də isə orada işləmiş həkimlərdən, tibb bacılarından bəzilərinə sorğu göndərildi...Onların hamsı Rəsul adlı bir həkimin bu poliklinikada heç zaman işləmədiyini bildirdi.

- Onlardan hansınınsa adını bilirsiz, doktor? (qəribədir, bir vaxt başqaları ona belə deyə müraciət edərdi...yəni bunlar hamsı bir ayın fantaziyası idi...Yox ola bilməz)

- Təəssüf ki, yox işçilərin adını bilmək üçün Səhiyyə Nazirliyindən xüsusi yazılı icazə sayb-pası alınmalıdır.

- Sayb-pas nədir belə?- deyə Bayhan təəccüblə soruşdu. Həkim Yılmaz gülümsəyərək

- Maraqlıdır ki, nanotexnoloqiya və kib-elektronika sizin sahəniz ola ola məndən soruşursunuz...Bu Nazirliklərin ayeronet vasitəsilə müəyyən statistik və məxfi informasiyalar əldə edə bilmək üçün buraxdığı pasquard kodlu elektron kartlardır...

- Nəisə, adları bilmədən heç nəyi dəqiq demək olmaz...Elə işçilər var idi ki, mən heç onları tanımırdım, yalnız reviziyyalar, nazirlikdən yoxlamalar olanda xəstəxanaya təşrif buyururdular...Bir növ formal işçilər...Belələri yalnız maaş alır, işləmir...Çox güman siz belə həkimlərə calaşmısız... – gicgahını barmaqları ilə ovuşduraraq, gözlərini yumdu...bir qədər fikrə daldı- Bəlkə belə edək, ...ay da...Pikə xanımın soyadı necə idi, hə tapdım, Nəbiyev, oğlu da Orxan Nəbiyev, Mərdəkan qəsəbəsi Əvhədi küçəsi on iki drob iki mənzil üç...Bir bu məlumata sorğu verin...- həkim heç də təəcüblənməyərək...- Elə indi gözünüzün qabağında bunların hamsının fantaziya olduğunu sizə göstərərəm...Beş yüz əlli beş reabilitasiya mərkəzi Türkiyənin ayeronetlə təmin olunmuş ilk xəstəxanasıdır...Bayhan eşitdiklərinə inanmırdı...deməli 555 beş buna işarə idi...Halbuki dinməyib həkimdən nəticəni gözlədi...Həkim qarşıda olan iri ekrana baxaraq:

- Ayeronet 13 A, bizə, Bayhan bəyin dediyi ünvanı tap...deməyi ilə kompyuterin cavabı bir oldu. Qalın qadın səsi,

- Tapılan nəticə- bir. Hal hazırda yaşayır Orxan Nəbiyev -55 yaş, biznesmen , oğlu Ayxan Nəbiyev-19 yaş, tələbə, qızı Aynur Nəbiyeva- 16 yaş şagird, - ətraflı məlumat üçün, zəhmət olmasa həmin adları dəqiq vurğulayın...

- Həkim, detallar lazım deyil...Mən deyən düz çıxdı...Orxan Pikə xanımın oğludur, mənim son xəstəmin,---bəs bunu necə izzah edərsiz...

- Xahiş edirəm, Bayhan bəy vəziyyəti qəlizləşdirməyin, öz kimliyinizlə barışın, bunlar təsadüfdən də ola bilər, yaddaşın insanla etdiyi “zarafatdanda”...Əgər siz Rəsulsuzsa onda özünüzə belə bir sual verin ki, mən başqasının bədənində nə gəzirəm...Bayhan Çətinin bədənində...

- Lənət olsun...Elə bu mənim özümə də maraqlıdır...-birdən başından tutan qəflət ağrı onu huşsuz vəziyyətdə yerə sərdi...





*** *** ***



Bu dəfə aqoniya Bayhanı o dünyaya yola salmağa hazırlaşırdı...Çarpayının ətrafında qızı və həyat yoldaşından əlavə, yeni bir gənc sima dayanmışdı...Bu atasının halından xəbər tutaraq dərhal Nyu-Yorkdan birinci hava reysi ilə özünü “555” reabilitasiya mərkəzinə çatdıran Bayhan bəyin istəkli oğlu idi. Gələn kimi tez çarpayıda halsız vəziyyətdə uzanmış atasının əllərindən tutdu.Ovuşdurmağa başladı.

- Ata gəlmişəm...

Bayhan digərlərindən fərqli olaraq bu Rəsul adlı oğlunu gözləyirdi...Lakin qarşılaşacağı həqiqətin bu qədər acı olacağını gözləmirdi...Onun qarşısında elə bil güzgü durmuşdu. O öz əksini, özünü, Rəsulu görürdü...Oğlu o özü idi...Deyəsən yavaş-yavaş həkim Yılmazın dedikləri onun ağlına batırdı...Bəs bir aya bu otuz illik həyatı necə keçmək olar...Bunlar bir ayda necə baş verə bilərdi...Lakin yenə də özündən asılı olmayan hisslər, onun gördükləri, eşitdikləri, ona gələn səslər, ölənin vəsiyyəti barədə, deyilənlərin həqiqət olduğunu təlqin edirdi...Halsız vəziyyətdə

- Rəsul, bağışla ki, yaddaşım yaxşı deyil, sən nə işləyirsən...

- Olan şeydi ata...mən hələ işləmirəm, Nyu-Yorkda Nyu Cersi Tibb kollecində oxuyuram...artıq dördüncü ildir...Transplantatsiya şöbəsində...Sən həmişə istəyirdin ki, mən həkim olum- ana söhbətə qoşuldu

- Bayhan, yəni bizim gecəylə onu hava limanına necə yola saldığımız yaddında deyil...Əvvəl verdiyin qərara peşman olmuşdun...ABŞ-ın cənub ştatlarında vətəndaş müharibəsi başlamışdı...Sonra isə məni də hər şeyin yaxşı olacağına inandırdın...

- Xeyr...Doğrudan da yadımda deyil...Mən bilirəm ki, ömrümə çox az qalıb...artıq mənim dalımca da gəlirlər...Pikə xanım necə də düz demişdi...gərək özün öləsən ki bunu hiss edəsən, bu insana yalnız bir dəfə qismət olur...Filmlər, əsərlər, oyunlar, bunu heç bir zaman olduğu kimi təsvir edə bilməz...Bəli...bəxtimdən mənim də dalımca həmən qara naməlum gəlməyib,...yəqin ki, Bayhan Sərvət kimi o qədər də pis adam olmamışam...- birdən Bayhan üzünü qızına və həyat yoldaşına tərəf çevirərək...Məni bağışlayın ancaq, mən Rəsulla təklikdə danışmaq istərdim...Mənim son, vəsiyyətimi yalnız o başa düşər, çünki o, mənəm...mən oyam...- ana və qız bir-birlərinə anlaşılmaz şəkildə baxdılar...və- biz qapının arxasında gözləyərik deyə palatanı tərk etdilər...Bayhan Rəsulu yaxına çağırdı...elə bil kimsə onları eşidə bilərdi...Bir vaxt Pikə xanımın ölüm zamanı onun qulaqlarına dediklərini, o, Rəsula, oğluna bildirdi...və həmən göstərişi verdi “vədinə əməl elə”... “hər şeyi bilirlər”, “vədivə əməl elə”... “o məsciddə qalmalıdır”- deyə sözlərini tez-tez vurğuladı...Bayhanın özünə maraqlı idi ki, görəsən Pikə xanım ona bu sözləri deməyibsə, bütün keçmiş həyatı onun bir aylıq fantaziyası olubsa, onda bu sözləri ona kim deyib və hal hazırda o niyə bu sözləri oğlu Rəsula deməli idi...Yəqin bütün bu fövqəltəbii tapşırıqlar ona deyil oğul Rəsula çatmalı idi...Oğlunun söz verdiyini görüb, çox sevindi rahat şəkildə gözlərini yumdu....Onun qulaqlarının artıq alışdığı trans səslər yenidən ortaya çıxdı...Mıt-mıt-mıt-mıt-mıt...Bayhan artıq həmin anın gəldiyini anladı...





Fərhad MƏMMƏDOV



!!! Hekayə AQONİYA-povestinin bir parçasıdır







Yorumlar








Aktif Ziyaretçi 24
Dün Tekil 790
Bugün Tekil 771
Toplam Tekil 1640313
IP 54.161.241.199






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































8 Rebiü'l-Evvel 1438
Aralık 2016
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Benim Hayatta yegane fahrim, servetim Türklükten başka bir şey değildir.
(Mustafa Kemal ATATÜRK)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.788 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

Sayac

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu