Güney Azərbaycan strateji önəmliliyi - Mehman Həsən - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









Güney Azərbaycan strateji önəmliliyi - Mehman Həsən
Tarih: 13.02.2010 > Kaç kez okundu? 2315

Paylaş




Yeni Nəfəs Gənclər Hərəkatının sədri, Mehman Həsən

Azərbaycan ərazisi və əhalisinin sayı baxımından dünyanının çox kiçik bir ölkəsi olmasına baxmayaraq əlverişli strateji-coğrafi mövqeyi və təbii ehtiyat resurslarına malik olması ilə fərqlənir. Tarixən parçalanaraq çox cüzi bir ərazisində bu gün müstəqil dövlətini quran Azərbaycanın milli hədəflərinin bir sıra mühüm aspektləri vardır. Bu aspektlər içərisində Güney Azərbaycan faktoru önəmli yer tutur. Güney Azərbaycan məsələsi Azərbaycanın sırf fərdi milli marağıdır və bu faktor bu gün heç bir dünya gücünün marağında deyil. Bunun da bir sıra obyektiv və subyektiv səbəbləri vardır. Təsadüfi deyil ki, bu gün İrana qarşı müxtəlif təzyiq metodlarından istifadə edən ABŞ niyə Güney Azərbaycan faktorundan istifadə etmir?

Güney Azərbaycanın azad olunması dünyada “parçala, hökm sür!” ideyası ilə fəaliyyət göstərən dünya imperiyalarının maraqlarına uyğun olan bir məsələ deyil.

Tarixə nəzər saldıqda Güney Azərbaycan kartından ən çox istifadə edən SSRİ olmuşdu. 1945-46 cı illərdə Güneydə qurulan Milli Hökumətə dəstəkdə bulunan SSRİ sonradan Qərbin təzyiqləri ilə geri çəkilməli oldu.

Güney Azərbaycanı önəmli edən birinci faktor təbii resurslarla zənginliyidir. Bu gün Güney Azərbaycan İran adlanan dövlətin ən böyük təbii ehtiyatlara malik olan hissəsidir.

Güney Azərbaycan Xəzər dənizində Azərbaycana çox böyük bir su hissəsinə nəzarət imkanları verəcək. Nəzərə alsaq ki, Xəzər dənizi neft-qaz yataqlarının zənginliyi, həmçinin digər təbii sərvətlərin bolluğu ilə seçilir. Bu Azərbaycana çox böyük strateji üstünlüklər verə bilər. Bu gün Xəzər dənizinin dibinin bölünməsi ilə bağlı sahilyanı dövlətlər arasında bir sıra zidiyyətlər vardır. Güneyin azad olunması isə Azərbaycanı Xəzərin statusunun müəyyənləşdirilməsində başlıca fiqura çevirəcəkdir.

Üçüncü mühüm faktor sərhəd məsələsi ilə bağlıdır. Tarixdən məlumdur ki, Azərbaycanın müxtəlif tarixi dönəmlərdə xüsusilə də rus imperiyasının işğalı onun sərhədləri və orada yaşayanların etnik tərkibi ilə bağlı özlərinin ayrıca bir siyasətləri olmuşdur. Bu istədikləri vaxt ölkəyə müdaxilənin asanlaşdırılması və dolayısı ilə nəzarət məqsədi güdürdü. Təsadüfi deyil ki, zaman-zaman Azərbaycanı Türkiyədən ayırmaq üçün Rusiya tərəfindən qondarma Ermənistan respublikası yaradılmışdır. Bu plan Türkləri parçalamaq üçün rus diplomatları tərəfindən həyata keçirilmişdir. Qərb dövlətlərinin maraqlarına uyğun olduğu üçün onlar bu məsələyə daim dəstəkçi olmuş və bu gün də olmaqdadırlar. Azərbaycanın bu gün regionda yeganə müttəfiqi Türkiyədir. Bunun başlıca səbəbi Türk kimliyidir. Amma bu gün Azərbaycan Türkiyə ilə birbaşa quru sərhəddə malik deyil.Yalnız Naxçıvan vasitəsilə sərhəd mövcuddur ki, bu Naxçıvanın blokada vəziyyətində olmasına görə digər ərazilərə getmək mümkün deyil. Güneyin azad olunması isə Azərbaycana böyük bir məsafədə Türkiyə ilə sərhəd qazandıracaq. Bu da Azərbaycanın iqtisadi yüksəlişinin daha da artması ilə yanaşı milli strateji üstünlüyünə də birbaşa təsir edəcəkdir. Bölgədə Türk nüfuzu hakim olacaqdır.

Dördüncü əsas faktor isə ermənilərlə bağlıdır. Məlumdur ki, bu gün İran dövləti Ermənistana ən böyük yardım edən ölkədir. Bu birbaşa farsların bölgədə Türkə qarşı düşmənçilik maraqlarından irəli gələn məsələdir. Farslar Güney Azərbaycan və ümumiyyətlə bölgədə Türk faktorundan çəkinərək daim bizə zərbə vurmağa çalışıblar.Təsadüfi deyil ki, Azərbaycana təzyiq vasitəsi kimi bu gün İran Ermənistandan uğurla istifadə edir. Faktiki blokada vəziyyətində yaşayan ermənilərə fars dövləti nəfəsverici rol oynayır. Bu isə ermənilərə istər Azərbaycana istərsə də Türkiyəyə qarşı bir sıra iddialarla çıxış etməsini stimullaşdırır. Nəzərə alsaq ki, bu köməklik yalnız Güney Azərbaycanın ərazisindən istifadə etməklə olunur, onda Güney Azərbaycan məsələsinin həlli İranı Ermənistana yardımdan məhrum edəcək. Hərtərəfli blokaday düşəcək ermənilər hər hansı bir iddia irəli sürmək iqtidarında olmayacaqlar.

Aydındır ki, bu gün bu ideyanın reallaıması bir qədər çətin görünə bilər. Amma nəzərə alsaq ki, İran imperiya dövlətidir. Bu cür özünəqapanıq rejimlər çoxda uzun sürmür. Bu quruluş da gec ya da tez dağılacaqdır. Güney Azərbaycan isə ən qaynar bir hərəkatın olması bu bölgənin perespektivindən xəbər verir. Sadəcə biz Quzey Azərbaycan toplumu olaraq Güneyimizə dəstək verməli və baş verən proseslərdə ayıq olmalıyıq.







Yorumlar








Aktif Ziyaretçi 17
Dün Tekil 936
Bugün Tekil 310
Toplam Tekil 1642481
IP 54.166.37.177






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































11 Rebiü'l-Evvel 1438
Aralık 2016
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Yabancı kültürlere girmek demek, onun hakimiyetine girmek demektir.
(Mete'nin Oğlu)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.692 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

Sayac

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu