Politoloq Taleh Əliyevin GünAz.tv Mətbuat Mərkəzinə müsahibəsi... - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









Politoloq Taleh Əliyevin GünAz.tv Mətbuat Mərkəzinə müsahibəsi... - Elnur ELTÜRK
Tarih: 12.02.2010 > Kaç kez okundu? 2295

Paylaş


- İran-Amerika münasiblətlərinin gərginləşməsi və proseslər bu formada davam edərsə, Güney Azərbaycan Milli Azadlıq Hərakatına nə kimi təsirləri ola bilər və s, haqda ünvanladığımız sulları Ümid Partiyasının sədr müavini, politoloq Taleh Əliyev GunAz.TV Mətbuat Xidmətinə cavablandırıb:



- 1979-cu il İslam inqilabından sonra İran adlanan ölkə nəinki yerləşdiyi region ölkələri üçün bütövlük də dünya üçün çox ciddi problemlər yaratmağa başladı. Bu hər şeydən öncə İ.İ.R-in konistitutsiyasında öz əksini tapmış islamın ixracı məsələsi idi. İkincisi xususilə də yaxın şərq ölkələrin də terrorçu qruplaşmaların hərtərəfli dəstəkləməsi idi. Üçüncüsü isə bu gün İran adlanan ölkənin təklənməsinə səbəb olan nüvə silahı məsələsidir.

Əgər, dünya birliyi islamın ixracı ideyasına hardasa dözümlə yanaşırdısa, nəzərə alsaq ki, iddalı hər bir ölkə öz dövlət ideologiyasını dünyada yaymaq və tanıtmaq istiqamətində çox fəal iş aparırlar. Lakin İranın məsələyə özünə məxsus yanaşmasını gördükdə, terrorçu qruplaşmaların hərtərəfli dəstəkləməsi siyasətini, o zaman da buna kəskin reaksiyalar verməyə başladılar. İran adlanan ölkə yetkililəri isə vəziyyəti düzəltmək əvəzinə nüvə silahına can atmaqla siyasi rejimlərini demokratik dünya birliyi ilə üz-üzə qoydular.



- Taleh bəy, Amerika mediasının yazdığına görə İrana qarşı tətbiq edilən sanksiyalar effekt vermir və artıq, bəzi analitiklər İrana qarşı hərbi faktorun mümkünliyini qeyd edirlər. İndi ki, məqamda bu, variantın gerçəkləşməsi nə qədər realdır?



- İndi sizlərində müşahidə etdiyi kimi İran-Amerika münasiblətlərinin getdikcə gərginləşməsi baş verir. Amma mən hesab etmirəm ki, bu gərginlik yaxın zamanlarda açıq qarşıdurmaya, başqa sözlə desək müharbəyə səbəb olacaq. Çünki ABŞ-ın siyasi elitası çox gözəl anlayır ki, İran adlanan ölkə nə İraqdır nədə Əfqanstan. Baxmayaraq ki, 12 iyun seçkilərinən sonra sözün əsil mənasında bu ölkədə siyasi elita iki yerə parçalanıb. Amma yenədə açıq həmlə ediləcəq qədər zəif deyil. Ona görədə ABŞ bu ölkəyə qarşı yürütdüyü ənənəvi siyasətini davam etdirəcək. Ənənəvi siyasət deyərkən mən nəzərdə tuturam informasiya müharibəsi, iqtisadi sanksiyalar və müharibə təhdidi adı altında aparılan psixoloji hərəkat siyasətini. Bu siyasət də o vaxta qədər aparılacaq ki, mövcud rejimi devirməyə qadir yeni qüvvələr meydana çıxsın. Demək olar ki, amerikanlar istəklərinə nail olmaq üzrədir.Burada üç vacib istiqamətə diqqət yetirmənizi istərdim.



- Birinci, istiqamət İran adlanan ölkədə özünü müdafiə məqsədi ilə hərbi xərclərin artırılması və xalqın mübarizə əhval ruhiyyəsinə hesablanmış iri miqyqaslı hərbi təlimlərin keçirilməsi. Unutmaq olmaz ki, vaxtilə amerikanlar məhz sürətlə silahlanma siyasətinə sövq etməklə ən nəhəng rəqibləri olan Sovet İttifaqını sıradan çıxarmağa nail oldular.



- İkincisi, istiqamət siyasi elitanın özünün sabaha olan inamsızlığıdır. İndi siyasi elita üzvləri çalışırlar ki, xaricə daha çox kapital çıxara bilsin. Bir müddət bundan öncə beynəlxalq agentliklərdə belə xəbərlər dolaşmağa başladı ki, onlar öz şəxsi vəsaitlərini Türkiyə, Malaziya və digər şərq ölkələrinin bank hesablarına köçürürlər.



- Üçüncü istiqamət isə sadə vətədaşların müharibədən qaçmaq üçün xususən də qonşu ölkələrdə daşınmaz əmlak almalarıdır.



- İndi sən burax xarici kapitalı, heç yerli kapital da bu gün İran adlanan ölkənin iqdisadiyyatının inkişafına qoyulmur. Ona görə də mən hesab etmirəm ki, bu ölkəyə qarşı tətbiq edilən sanksiyalar effekt vermir və indi ki mərhələdə müharibə qaçılmazdır. ABŞ axıra qədər çalışacaq ki, ənənəvi siyasəti ilə bu ölkədə xalqı mövcud rejimə qarşı qoya bilsin. İran adlanan ölkənin demokratikləşməsi qaçılmazdır, o başqa məsələki demokratikləşmə nəticəsində bölgədə yeni dövlətlər meydana gələcək ya yox.



- Önəmli olan məsələlərdən biridə İranla münasibətləri yaxşı olan, onu daim beynelxalq arenada müdafiə edən Rusiyanın mövqeidir. Sizcə bu məsələdə Rusiya hansı mövqedən çıxış edə bilər?



- Rusiya Federasiyası çalışacaq ki, bu ölkəni sona qədər müdafiə eləsin. Çünki İran adlanan ölkənin düşmüş olduğu indiki vəziyyət yalnız rusları qane edir. Məsələnin geopolitik tərəfi bir yana, Rusiya bu ölkəyə həm də özünün xammal və satış bazarı kimi baxır. Amma Rusiya Federasiyasınında müdafiə imkanları bir yerə qədərdir. İran adlanan ölkənin siyasi rejimi dünya birliyi ilə daha çox saymazyana hərəkət etdikcə, bu ölkəyə qarşı aparılan siyasətə dirəniş göstərmək imkanları da bir o qədər azalır. Birdəki ruslar bu olkəyə öz müttəfiqləri kimi deyil, nüfuz dairələri kimi baxırlar, Rusiya Federasiyası müasir dünyamızın güclü oyunçularındandır. Maraqları başqa formada təmin olunarsa bu ölkədən vaz keçə bilərlər.



- Proseslərin bu axarda davam etməsinin İran içində böyük güc olan Güney Azərbaycan Milli Azadlıq Hərakatına nə kimi təsiri olacaq?



- 12 iyun seçkilərindən sonra soydaşlarımızın sərgilədiyi mövqe gerçəkdən sevindirici və təqdir olunası bir haldır. Paytaxt Tehrandan tutmuş ən ucqar yaşayış məntəqələrinə qədər hər yerdə əhali qalxıb rejimin saxtakarlığına etiraz edəndə, Təbriz başda olmaqla Güney Azərbaycanın bütün yaşayış məntəqələri daha təmkinlə davrandı. Amma əslində bu bölgə daha fəal olmalı idi, çünki qarşı-qarşıya gələn qüvvələrin önündəki simalar Azərbaycanlı idi, Xamneyi və Musəvi.

İnqilablar beşiyi olan Təbrizin son dərəcə təmkinli davranışı bütün dünya birliyinə nümayiş etdirdiki, onun bu dəfəki mübarizəsi rejim dəyişməyə yox, öz müqəddaratını təyin etməyə yönəlib.

İnanıram ki, İran adlanan ölkənin siyasi sisteminin dəyişməsində maraqlı olan böyük güclər xalqımızın bu prosesə nə kimi töhvələr verəbiləcəyini düzgün dəyərləndirib, Güney Azərbaycan Milli Azadlıq Hərakatı ilə iş birliyinə gedəcəklər.



- Azərbaycan torpaqları azad edilməmiş Türkiyə-Ermənsitan münasibətlərinin normallaşma ehtimalı varmı? Çünki, bir müddət bundan öncə Türkiyə Xarici İşlər Naziri Əhməd Davudoğlu Londonda bəyan edib ki, İrəvanla yaxınlaşma davam edəcək?



- Türkiyə Cumhuriyyəti böyük dövlətdi. Getdikcədə böyüyür, həm iqdisadi, həm siyasi, həm mədəni və həmdə geopolitik baxımdan. Ermənilər isə öz ağıllarınca türklərə diplomatik badalaq gəlmək istəyirlər. Amma unudurlar ki, onların uydurma və saxta tarixlərinin ən azı üç misli qədər türklərin diplomatiya - dövlətçilik tarixi var. Ermənilər hesab edirdi ki, Türkiyə Cümhuriyyəti sərhədlərin açılması üçün irəli sürdüyü üç şərt - Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, Türkiyə Cumhuriyyətinin ərazi bütövlüyünün tanınması və qondarma soyqrım siyasətindən imtina - yerinə yetiriliməzsə türklər danışıqlar masası arxasında əyləşməzlər. Amma çevik türk diplomatiyası böyük dövlətlərin şahidliyi ilə bir deyil, iki əməkdaşlıq pratokolu imzaladı və bununlada Ermənistan rəhbərliyi ilə erməni dasporunun münasibətlərinin tamamilə korlanmasına nail oldu. Ermənistan Konstitusiya Məhkəməsinin məlum düzəlişləri isə Türkiyə tərəfinə imkan verdi ki, qarşı tərəflə yaxınlaşmaq üçün səsiz diplomatiya adı altında uzunmüddətli intensiv danışıqlar aparsın.

Mən Türkiyə tərəfinin Ermənsitanla münasibətlərinin normallaşması istiqamətində bundan sonra da atacağı addımları Azərbaycan və Türkiyənin ortaq maraqlarına cavab verəcəyi qənaitindəyəm.



Elnur Eltürk











Yorumlar








Aktif Ziyaretçi 15
Dün Tekil 825
Bugün Tekil 745
Toplam Tekil 1636276
IP 54.163.94.5






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































3 Rebiü'l-Evvel 1438
Aralık 2016
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Ben sadece asil bir ailenin evladı olmakla değil, fakat asil bir milletin evladı olmakla gururluyum.
(ATİLLA)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.692 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

Sayac

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu