Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Tarih: 24.02.2017 > Kaç kez okundu? 1364

Paylaş


Sumqayıt Texnologiyalar Parkında Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin icraçı direktoru Sahib Musayev çıxış edərək, müəssisədə hər il Xocalı soyqırımına həsr olunmuş tədbir keçirildiyini vurğulayıb. Bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən bəhs edən S. Musayev, bəşəriyyətin Xocalıda törədilən erməni vəhşiliyini unutmaması üçüb vacib olduğunu qeyd edib. Bildirib ki, Xocalıda törədilən soyqırım Azərbaycan tarixinin ən dəhşətli səhifələrindəndir. Ermənilər tarix boyu Azərbaycan torpaqlarına göz dikiblər. Lakin xalqımız həmişə öz torpağını qoruyub, milli azadlığını müdafiə edib. Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasının fəaliyyətini xüsusi qeyd edib.

Texnoparkın Texniki istehsalat şöbəsinin rəis müavini Zirəddin İsmayılov isə çıxışı zamanı qeyd edib ki, bu il Xocalı soyqırımındam 25 il ötür. Ermənilər havadarlarının köməyi ilə bütün bəşəriyyətə qarşı qanlı cinayət törədiblər. Soyqırım zamanı 613 nəfər (63 uşaq, 106 qadın, 70 qoca) həlak olub. Xocalı sakinlərindən 487 nəfəri ağır yaralanıb, 1275 nəfər isə əsir düşüb. O, həmçinin, Xocalının Dağlıq Qarabağ hadisələrinin mərkəzində olmasından, şəhərin mühasirəsindən, əhalinin özünü müdafiəsindən söhbət açıb. Bildirib ki, Xocalının işğalı Azərbaycanın digər rayonlarının işğalının başlanğıcı oldu. Bu hadisələrdən sonra Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 4 qətnaməsinin qəbul olunmasına baxmayaraq, bu qətnamələr hələ də yerinə yetirilmir.

Anım tədbiri Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının Şura üzvü Vəzirxan Ənsərovun çıxışı ilə davam edib. V. Ənsərov bildirib ki, Xocalı soyqırımı dünyada baş verən terror aktlarının ən dəhşətlisidir. Bu soyqırım iki gün müddətində Azərbaycan xalqına qarşı törədilmiş ən böyük qətliamdır. Bildirib ki, 7 min əhalisi olan şəhər 4 aylıq blokadadan sonra işğal olunmuşdur. 1992-ci ilin fevralın 25-dən 26-a keçən gecə erməni silahlı dəstələri Xankəndində yerləşdirilmiş 366 motoatıcı alayının zirehli texnikası ilə Xocalı şəhərinə hücum ediblər. Xocalı şahidləri həmin gün törədilən vəhşiliklərdən bəhs edərkən məlum olur ki, ermənilər dinc əhaliyə qarşı qadağan olunmuş silahlardan, patronlardan istifadə ediblər. Xocalı soyqırımı bir çox dünya ölkələri tərəfindən tanınsa da, təəssüflər olsun ki, ölkəmizə qarşı ikili standart tətbiq olunur. Bildirib ki, Xocalı şəhərində əsir düşən 1275 nəfərdən 150 nəfəri haqqında hələ də məlumat yoxdur. O, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilmiş, dünyada misli görünməmiş vəhşilik və qəddarlığın Xatın, Xirosima, Holokost və digər faciələrlə bir sırada dayandığını vurğulayıb. Sonda isə Azərbaycan torpaqlarının azad olunacağına, şəhidlərin qanının yerdə qalmayacağına ümid etdiyini qeyd edib.

Anım mərasiminin sonunda Xocalı soyqırımını əks etdirən sənədli film nümayiş olunub.





Yorumlar









Aktif Ziyaretçi 30
Dün Tekil 1927
Bugün Tekil 1395
Toplam Tekil 4067529
IP 3.21.248.47






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























10 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


T rk hakanlar ve T rkmen Padi ahlar devlet i lerinde hatunun fikirlerini st n tutar.
(N ZAM L-M LK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.287 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu