Neyratron Layihəsi - Fərhad Məmmədov - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









Neyratron Layihəsi - Fərhad Məmmədov
Tarih: 10.02.2010 > Kaç kez okundu? 2337

Paylaş


I

İLK ŞAHİD

- Bax...indi çıxmalıdır. Artıq üçüncü gündür ki, saatı qeydə alıram...hər gün eyni vaxt 4.30, gecə yarı

- Sizin binadan çıxır, yoxsa...başqa yerdən gəlir...

- Vallah, orasını dəqiq deyə bilmərəm...O elə qəfildən peyda olur ki, haradan çıxdığını hara getdiyini güdmək olmur...Qorxumdan balkondan güdürdüm, özüm ikinci mərtəbədə qalıram...dünən mətbəxin işığını söndürdüm ki, onu rahat güdə bilim...Amma elə bil o hiss edirdi ki, onu kimsə güdür, ağzının altında bir təhər bağırtımı deyim, iniltimi deyim, qəribə səslər çıxarıb elə hey binanın mənzillərinə ümumi göz gəzdirirdi.

- Görünüşü yadındadır?

- Düzdür qaranlıq olsa da, bəzi şeyləri seçə bildim...Topuğuna qədər uzanmış boz və ya (qaranlıqda ayırd etmək olmurdu) digər açıq rəngli plaş geymişdi...olduqca nimdaş idi...Başında da,...lənət şeytana həmişə o papağın adı yadımdan çıxır...o, soyuq zonalarda xidmət edən əsgərlər qışda başları nə qoyurlar...bax ondan. Bildin də, qulaqları açılıb bağlanan.

- Hə...davam elə. Sifətini seçə bildin...

- Elə mənin dəhşətə gətirən əsas məsələ də budur...Az qala balkonda bayılacağdım. Bir təhər özümü ələ aldım

- Axı nə, ürəyimiz üzmə

- Bax sənin canınçın, gözləri pişik kimi qıp-qırmızı işıldayırdı...Nə bilim, belə şeyi mən ancaq qorxulu filmlərdə görmüşəm...Ürəyim ağzıma gəldi...Əlində də dediyim kimi uzun ov tüfəngi tutmuşdu

- Hansılardan karabin, vinçester

- Əşi yox...Qoşa güllə idi...Çünki atəş açandan sonra boş gilizlərin yerə düşdüyün eşitmədim...Yəqin içində qalmışdı...Bu axı köhnə tüfənglərdə belə olur...

Adil (Post-patrul baş çavuşu), qısa, kənardan açıq görünən tağı ilə sağa doğu daranmış heyvan tükü tək cod saçlı, yaşı 25-30 aralarında olan bu gənc polis nümayəndəsinin demək olar ki, sifətində elə bir təsvir ediləsi şey yox idi, standard aqressiv insan siması idi ki, belə sifət tipləri nəslərindəki çoxlu insest hallarının əmiqızı -əmioğlu nigahının təsirindən ortaya çıxa bilirdi...nəzəriyyədə...Əslində isə bir Allah bilir. Üç il bundan əvvəl orta təhsilli qulluqçu kimi həqiqi hərbi xidməti cəbhə bölgələrindən birində başa vurmuş, kiçik çavuş rütbəsini almışdır. Bir il yarım müddəti başa vurduqdan sonra yaşadığı Sumqayıt şəhərinə, qaçqınların məskunlaşdığı məhləyə, qayıtmış, bir müddət azadlıq abu-havasına alışmağa çalışmışdı...Gördüyü dəhşətli mənzərələr, avtopark naryadı üzrə həmkarı Arifin onun beş addımlığında öz beynini AKMS-lə dağıtması, hər gün eyni ağır rejim, natamam qidalanma, odun naryadı zamanı baltanın sapından çıxıb başını yarması (bəxti onda gətirmişdi ki, baltanın küt tərəfi dəymişdi) və bu kimi digər hallar onu bir həftə özünə qaytara bilmirdi...Sivil həyat ona yuxu kimi gəlirdi...Elə bil bu yuxuda yatdığına görə ehtiyatlı idi...Elə bilirdi ki, hansısa naryaddır yatıb, və indi hansısa bir mərdiməzar leytenant gəlib onu oyadacaq və hissə növbətçisinə məruzə edəcək...Amma onu hələ də oyadan olmurdu. Həftələr keçirdi...lakin onu hələ də bu uzun çəkmiş yuxudan oyadan yox idi. Təzəliycə avtosalonlardan birinə yuyucu qismində işə düzəlmişdi. Lakin elə bil o bu sivil həyata hələ də alışmamışdı...Hər şey onu qıcıqlandırırdı, tam sərbəstlik onu qorxuya salırdı...zabit görəndə tez ayağa qalxardı, çaşıb hərbi salam belə vermək istəyərdi,...artıq nə etdiyini anladıqda isə gicgahından tez-bazar təpəsinə sarı aparardı və başına sığal çəkərdi, guya saçını darayırmış kimi, zabitlər isə onun bu yaxınlarda demobilizə olduğunu anlayıb, onunla qulluq etdiyi hərbi hissə haqqında söhbət açardılar.

Həftələri artıq aylar əvəz etmişdi Adil isə hələ də uyğunlaşmamışdı...İşdən aldığı maaş isə onu (kimsəsiz olduğuna ramən) qane etmirdi...Nəhayət, özü-özünə kifayətdir deyib yenidən müddətdən artıq hərbi qulluqçu kimi hərbiyə qayıtmağı qərara aldı...Belələrinə “maxe” deyə müraciət edirlər...Çox vaxt tağım komandirinin köməkçisi vəzifəsində olsa da, bəzi hallarda zabit-gizir çatışmamazlığına görə xidmət rəisi vəzifəsinə kimi yüksələ bilir, halbuki vəzifənin adında hansısa bir xidmət rəisinin vəzifəsinin içraçısı yazılır, yada ki, vəzifəsini müvəqqəti içra edən...Həm də maxe qəşəng maaş alırdı, vəzifəsindən asılı olmayaraq, üç yüz manat, rəis vəzifəsi tutsa isə bu maaş iki qat arta bilərdi...pulsuz ev, pulsuz yemək-içmək, daha o nə istəyə bilərdi axı...Onsuz da sivil həyatda onun nə bir yaxın dostu nə də ona əl tutacaq qohumu yox idi...Maxı kimi 2-ci ilinə çatdıqda isə gözləntiləri o qədər əks effekt və frustrasiyaya səbəb olmuşdu ki, müqavilədə göstərilən axırıncı üçüncü ilə çatmasını səbirsizliklə gözləyirdi...Artıq o doğrudanda adi vətəndaş olmaq istəyirdi...hərbi onu bezdirmişdi...Axırıncı gün gəldi, bir təhər təhvil-təslimini apardı---elə istədiyi vəzifəni tuturdu---müvəqqəti əşya anbarı rəisi- bir çox şeylər həmişəki kimi hərbi dilində “belinə vuruldu” sonra canını qurtarıb...Sumqayıta deyil, Bakıya üz tutdu...Çünki onun yeni himayədarı peyda olmuşdu...Atasının əmisiqızı kimi özünü təqdim etmiş və ona baş çəkmiş, orta yaşlı, eleqant geyimli İradə xanım bu yaxınlarda, Bakı şəhər icra hakimiyyətində şöbə müdiri vəzifəsinə keçdiyini bildirmişdi...Və təsadüfən belə bir qohumunun hələ də sağ olduğunu bilib, ona mütləq əl tutacağını söz vermişdi...Hərbi hissəyə bəlkə ilk dəfə idi ki, İnfiniti markalı General Motors maşını daxil olurdu...İradə xanım, öz qəşəng tələbə qızını da gətirmişdi...Qız Adilə elə hey gülümsəyərdi...Adil birinci dəfə idi ki, ona qarşı belə bir qadın münasibəti görürdü...İçində tarazlıqlar pozulmuşdu, ölümün bir addımlığında dəfələrlə olmasına ramən ogünki kimi heç vaxt həyacan çəkməzdi. Nəhayət İradə xanım Adilə bütün göstərişlərini verdi, cibinə ikiyüz manat basıb, üzündən öpdü...Qızı isə ona əl uzadıb yenidən gülümsədi (Bəlkə də Adilin əllərinin tərli olmasından idi) və tanışlıqlarına şad olduğunu və onu Bakıda gözlədiklərini bildirdi...

O gün sözün əsl mənasında Adilin həyatını dəyişmişdi...Artıq həyat məqsədləri dəyişmişdi, sivil həyatda yaşamaq həvəsi artmışdı...Məqsədlərin tacında isə bu gözəl Aydanla evlənmək dururdu...

Bakıya qayıtdıqdan sonra onu İradə xanım öz ikimərtəbəli evində bir ailə üzvü kimi yerləşdirdi, evdə kişi xaylağı olmadığından Adil İradə xanımın həyat yoldaşının rəhmətə getdiyini güman edirdi...Amma sonralar məlum oldu ki, İradə xanım heç vaxt ərə getməmişdi...Hamilə qaldığını bilib onu kəndən qovmuşdular, o da hər şeyə özü başlamışdı...zəhməti ilə karyeraya nail olmuşdu. Adil bir neçə gündən sonra bir başa olaraq (çavuş deyil) baş çavuş rütbəsi aldı və Post-patrul xidmətində işə başladı.

- Məllim, saata baxıram artıq dördə qalıb beş dəqiqə...Bəlkə deyirəm, bu gün gəlməyəcək

- Qəribədir,...axı mən saatı qeydə almışdım hər gün saat dördün yarsı...saniyə bə saniyə dəqiq...

Adil gülümsədi

- Sizin saatla, onun saatıyla, yoxsa metro saatıyla ?!...Yaxşısı budur Siz gedin yatın, artıq gecdir, biz köməkçimlə 24 saat növbədəyik, bir şey olsa Sizə xəbər verərik...

Altmış bir yaşlı Əlicabbar kişi binaya doğru burulub sürətli yerişlərlə bloklarına doğru addımlamağa başladı...Hələ çox uzaqlaşmadığından Adil gün ərzində soruşmağı yersiz bildiyi şeyi indi soruşmağa cəhd etdi...yenidən gülümsəyərək

- Məllim, sizin nazirlikdə qohumunuz işləmirki? – Əlicabbar kişi dərhal geriyə dönüb təəcüblə...

- Xeyr, niyə soruşursan

- Mənə çox maraqlıdır ki, belə bir xırda məsələyə görə necə olur 24 saatlıq növbə təyin edirlər...- kişi onu ələ saldığını sanıb, onun sualına məhəl qoymayıb yenidən buruldu və blokda yox oldu...Halbuki Adil gülümsəsədə sualında müharibə tək ciddi idi. Hədəfi güdmə yerindən uzaqlaşıb binadan xeyli aralıda yerləşmiş qarajların yanında gözədəyməz, qaranlıq yerdə saxlanılmış Reno markalı xidməti avtomobilə doğru yaxınlaşdı...Sürücü oturacağı tərəfdən maşına girib, arxa oturacaqlarda uzanıb yatmış kiçik çavuş Fuadı əli ilə xəfifcə silkələyib...

- Dur ə, sənin növbəndi...-Fuad saata baxıb, Adil adam kişi olar, hələ dördə on beş dəqiqə qalıb

- Taxtabaş...səni dörd tamamda oyatsaydım, özünə gələnəcən elə on beş dəqiqə keçərdi...Nəyimə lazım mənim vaxtımdan gedir...Dur üzüvə su vır, ərazini gəz.-deyə Fuada zarafatca təpik də vurub özü onun yerinə uzandı, maşındakı hərbi buşlatı üstünə çəkdi...bir neçə dəqiqədən sonra yuxuya getdi



II

İLK QURBAN

Aydan həmişəki kimi yuxusuna gəlmişdi...Çox gözəl görünürdü...elə hey gülümsəyirdi, lakin Adilə tərəf baxmırdı, mənzərə çox tutqun idi...gülümsəyən Aydanın yanında yeni obrazlar gah peyda olur gah da yoxa çıxırdılar, onunla söhbət edirdilər, lakin Aydan olduğu kimi yerində qalırdı və söhbət etdiyi adamların birdən birə hara yoxa çıxdığına təəcüblənmirdi belə. Adil dinməsədə, onu çağırdığını hiss edirdi...səs gəlmirdi...Qız elə bil onu eşitmirdi...Nəhayət Adil bir qədər ona yaxınlaşır, əlavə obrazlar yenə yoxa çıxır, ağ yoxsuzluq fonunda yalnız ikisi olur, qız isə yenə ona tərəf məhəl qoymur. Nəhayət Adil dözməyib Aydanı çağırmaq üçün işarə barmağını onun çiyninə toxundurmaq istəyir...Aydan elə sürətlə başını çevirirki, Adil onun sifətində baş vermiş dəhşətli dəyişiklikləri dərk etməyi çatdıra bilmir...Bir an sonra baxıb görür ki, Aydanın sifətini eybəcər, üzü qırışlarla dolu, yaşıl gözlü, göz qapaqlarından biri tam açılmamış eybəcər bir insan sifəti əvəz edib...Adil özü də dəqiq bilmir ki, bu qadındır yoxsa kişi...dəhşətli mənzərə onu paralizə edir...oyanmaq üçün əllini sıxır, dilini dişləyir, qışqırmaq istəyir amma heç bir fayda olmur.

- Adil tez, ol mənə köməy elə...tez ol...deyə qarşıdakı bədheybət kişi səsi ilə yalvarmağa başlayır...Axı o dodaqlarını heç tərpətmir belə...Sifət cizgilər isə şikarın arxasınca günlərlə qaçan qəddar ovçu simasına bənzəyir...axı o belə sifətlə necə yalvartı səsləri çıxara bilər...Adil bir şeyə əmindir ki, həmən səslər qarşıdakı bədheybətdən çıxa bilməz...Birdən qulağına möhkəm zərbə səsi gəlir...Reflektik olaraq Adilin gözləri açılır...Maşında yatdığına əmin olur... Başını qaldıran kimi maşının arxa qapı pəncərəsinə var gücü ilə ovuclarını çırpan gözləri sərt ağrıdan bərələnlər tək orbitindən bayra çıxmış Fuadı görür və diksinir...Fuad ekstazda olanlar kimi elə hey dəlilər kimi, quduzcasına pəncərəni durmadan vırır...Yəni onun qapını dəstəyini basıb açmaq ağlına gəlmir...Bu mərəkə nəyə lazım...

- Adil....Adil...tezzz ol...-o qədər möhmək udqunur ki, səsi Adilin qulağına çatır.- Qonşular düz deyirdilər...O gəldi...bu gün də gəldi....Ay Allah, qarnımı gülləylə yaralayıb...mən qan itirirəm...- deyə birdən huşunu itirdi...yerə sərildi...Adil hadisələrin gedişindən hələ tam baş çıxartmadığı üçün bütün bu monoloqun gedişi zamanı arxa oturacaqda uzanmış gəlikdə pəncərəni seyr edirdi...Fuad səriləndən sonra isə artıq belə vəziyyətdə pəncərədən heç nə seyr etmək olmurdu...Qorxudan keyib qalmış Adilin bədənindən elə bil kürə ildırım keçdi...Tez özünü ələ alıb yerdəki Fuadı qaranlıqda əzmək ehtimalı olduğundan digər qapından çıxaraq tez bazar Fuadın yıxıldığı yerə gəldi...Embrion şəklində qatlanıb uzanmış Fuadı bir qədər qaldırıb, əli ilə qaranlıqda onun yuniformasında əsasən qarın və sinə nahiyəsində gəzdirməyə başladı...Maraqlı idi, onun əli heç bir maye və ya nəmlik hiss etmirdi...Yəqin etdi ki, adi pistoletdən ya Makarov ya dakı Tetedən atəş açıb...Tez uniformanın düymələrini yırtdı...Alt paltarlarını yuxarı qaldırıb, qarnına göz gəzdirdi...Gördükləri onu hamsından çox heyrətə gətdirdi...Gördükləri isə o idi ki, o heç nə görmürdü...Yaradan və qandan əsər əlamət belə yox idi.









III

İLK HƏQİQƏT

Nəhəng otaqda ən azı beş metr uzunluğunda olan masanın başında İradə xanım, digər başında isə Adil əyləşmişdi...Masanın üstündə bayram günlərindəki kimi ürəyin nə istəyir var idi...Halbuki bu ailənin gündəlik həyat tərzi idi...İmkanları buna imkan verirdi. Adili elə bil məcburi yedizdirirdilər...Ağzına bir yarpaq dolması qoyur, bir-iki dəqiqə çeynəyir...lakin udmağa tələsmirdi...Elə hey gözlərini masadakı duzqabıya zilləyib dünən olanları götür-qoy edirdi. İradə xanım uzun fasilədən sonra gülümsəyərək yenidən söhbətə başladı...

- Axır nə oldu, iş yoldaşının başına hava gəlib...

Adili elə bil silkələyib oyatdılar...

- Hmm...Dəqiq bilmirəm nə məsələdi...elə hey başımdan çıxmır...Bu gün onu başdan ayağa müayinə etdilər...sözün əsl mənasında...məsələyə aidiyyatı olmayan yerlərini belə...

- Bu məgər o qədər vacib idi- ha-ha-ha...

- Psixoloq israr etdi...Dedi ki, hmm...necə başa salım... onun evlilik həyatındakı problemlər...özünüz başa düşdüz də, hamsı onun qarabasmalarına təsir edə bilər. Halbuki hadisələrin gedişi bunu tam əsassız edir...Axı qonşuda həmin kişini görmüşdü...Çox qəliz məsələdi...

- Nəisə...belə müəmmalı şeylər həmişə məni maraqlandırıb...amma görürəm danışmağa həvəsin yoxdu...

Adil bayaqdan məqam axtarırdı ki, Aydanın belə gec vaxtda harada olduğunu soruşsun...lakin sıxılırdı...Nəhayət özündə güc yığıb cəhd etdi.

- İradə xanım,...?

- İradə xanım yox İradə...Artıq üç aydır ki bu evdə yaşıyırsan hələ də rəsmi şəkildə müraciət edirsən...-gülümsəyərək- bir dəki, axı mən səndən yalnız on yaş böyüyəm...

- Oldu...Aydan hardadır...

İradə cavab verməyə tələsmədi...Çəngəli əlindən qoydu, iki əlini dua edən rahibə şəklində birləşdirib Adilin gözünün içinə zillədi...yenidən özünəməxsus şəkildə gülümsədi.

- Bilirsən...mən bu anı sən bizə gələn gündən gözləyirdim...amma utanırdım...

- Nədən utanırdın

- Utanmağım barədə vaxt gələndə, ikilikdə qalanda deyərəm...Nəhayət ki, qızım məni xoşbəxt edəcək

Bu anı Adil hələ hərbi xidmətdə olandan səbirsizliklə gözləyirdi...Elə gün elə gecə yox idi ki, bu haqda fikirləşməsin, xəyallar yaratmasın...Elə bil bu sözlərlə ürəyinin klapanı bağlandı və qanın hərəkətinə mane olaraq, dialoqun kuliminasiya nöqtəsini gözləyirdi...

- Siz demək istəyirsiz ki, hmm....demək istəyirsən ki,

- Demək istəyirəm ki, Aydan sabah nişanlanacaq...- Adil istədiyinin belə asan başa gələcəyini gözləmirdi. Hətta dünənki hadisələr də onun fikirlərini çox uzaqlara tərk etmişdi.

- Nişanlanır

- Elədir ki var...Səndən çoxdan gizləyirdim...deyirdim, bilirsən də bu kişilərin xasiyyətini, deyirdim birdən Aydanı qrup yoldaşı Nəsimiylə görsən yazıq oğlanın ağız-burnunu əzərsən...yazıq çox fağır oğlandı...amma neyləmək olar bir-birlərini sevirlər...Maraqlısı ondadır ki, əvvəllər bir-birlərinə düşmən münasibət bəsləyirdilər...Bilirsən də ikisi də oxuyan uşaqdı, qrupun ən yaxşılarıdır...Bir-birləri ilə daima birincilik rəqabəti aparırdılar...Sənin ayağın isə düşərli olub...elə sən gələn kiçik bir hadisə onların bir-birlərinə olan gizli məhəbbətlərini üzə çıxarıb...Mən isə sənə bir təcrübəli qadın kimi deyə bilərəm ki, onların arasında heç vaxt nifrət olmayıb...bu sadəcə gözdən pərdə asmaq idi...Onlar elə ilk günlərdən bir-birlərini sevirdilər...lakin bu tədricən baş verirdi...Bilirsən mənim kafir, ateist Nitşenin fəlsəfəsindən xoşum gəlməsə də, onun bir fikri həmişə həyatda öz təsdiqini tapıb...Məhəbbət o məhəbbətdir ki, tədricən yaranır...Belə...-sevindiyini göstərmək üçün öz çıxışını yavaşca alqışlamağa başladı...bayaqdan diqqət mərkəzi öz nitqində olduğundan ətrafdakılardan biganə idi...indi isə Adilin sifətindəki dəyişiklikləri görüb süni alqışları dayandırdı...- Sənə nə oldu belə?

İradənin iki cümləsi kifayət etmişdi ki, onun bütün xəyallarını, uzun müddətli planlarını alt-üst etsin, doğrudan da məhəbbət adamı axmaq və cahil bir şəklə salır...insan artıq səmərəli şəkildə düşünə bilmir...Artıq hər şey aydın idi...Bütün planlar əbəs idi...O hələ də həyat təkdir...Onu heç kəs başa düşmür...Belə yaşamaqdansa, ölmək yaxşıdır...

Adil səsli şəkildə masadan qalxdı...İradə də stulundan qalxıb əynindəki mavi xalatın kəmərini sıxıb, Adilə tərəf yaxınlaşmağa başladı...Adil onun nə etmək istədiyini başa düşməyib lal-dinməz donub qaldı...Adil İradə ilə indiyə qədər belə yaxın məsafədə durmamışdı. İradə xəfifcə Adilin enli çiyinlərindən yapışdı...Üzünü tədricən qabağa verib...dodaqlarını Adilin sol qulağına yaxınlaşdırdı. Pıçıldamağa başladı

- Hmm...Bilirsən mən bunu sənə çoxdan demək istəyirdim. Amma, utanırdım...Axı bu ağılasığmaz şeydi. Qorxurdum məni axmaq hesab edərsən...Elə indi də qorxuram. Nə etmək olar məhəbbətdə heç bir hədd yoxdur...Mən səni sevirəm...- xeyr, Adil həyatında bu qədər uzun çəkmiş emotsional variyatsiyalara məruz qalmamışdır. Mexaniki olaraq qaşları təəcüblənmiş şəxs kimi aşağı doğru qabardı...Lakin hələ də gözləri irəli baxırdı...

- Aydanı tez evləndirərəm sonra biz ikimiz bir yerdə yaşayarıq, ...nə qədər qəribə görünsədə, ancaq mən sənin qədər həyatımda heç kimi sevməmişəm...Həmişə səninlə birgə olmaq istəyirəm...Qoy Aydan evlənsin, gör mən sənin rütbəni və vəzifəni artırıram ya yox...- artıq zərif əllər Adilin boynuna sarıldı, İradə yanağını öpmüşdü ki, yağ oksigenə toxunan kimi Adil partladı...İradənin əllərini mümkün qədər nəzakətli şəkildə boynundan kənara atıb, qapıya doğru irəlilədi...İradə yerə çöküb beşinci sinif qızı kimi üzünü dizlərinin arasında gizləyib hönkürməyə başladı.





*** *** ***

- Sənə nə olub, özündə deyilsən elə bil-deyə xidməti maşının sükanında əyləşmiş post patrul serjantı Əbülfəz soruşdu

- Hər şey yaxşıdı...- bir qədər fasilə edib- Sən mənə de görüm, niyə təzədən bu xarabaya patrul təyin etdilər...demişdilər axı boş şey idi...- Əbülfəz oturacağa söykənib, üzünü Adilə tərəf çevirdi

- Dünən qonşular yenə həmən ovçunu görüblər...Eyni vaxtda səsə üç mənzildən oyanıb bayıra çıxıblar- işarə barmağını Adilin sağındakı pənərə şüşəsinə tutub binadakı mənzilləri göstərməyə başladı- birinci blok ikinci mərtəbə, keçən dəfəki dayı, həmişəki kimi, üçüncü blok birinci mərtəbə, üçüncü blok üçüncü mərtəbə...Dayının başına deyəsən hava gəlib nədi...özüylə eləmə tənbəllik ət baltası da gətirib çölə...

- Bəs axırı nə olub?

- Axırı o olub ki, təxminən eyni vaxtda çölə çıxan qonşular...dediklərinə görə dünən gecə dəhşət duman var idi...deyəsən hamsının başı xarab olub...mən özüm də bu yaxınlıqlarda yaşayıram amma səhər duranda tər təmiz hava var idi...nəisə, dediklərinə görə onlar gələndə, manyakın uzaqdan ancaq nimdaş plaşını görə bildilər, qaranlıq dumanda yox oldu...onu da gördülər ki, atəş açdığı it meyitini boynundan tutub öz arxasıyca sürüyürdü.

- Manyak yenə də atəş açıb

- Hə...əvvəl yenə it ulaşmaları gəlib...sonra itlərin ani zingiltisi gəlib və elə bil hamısı təhlükəni hiss edib əkiliblər...Bir şey maraqlıdır ki, uzun müddət burada yaşamış sakinlər burada nadir hallarda itlərin gəzişdiyini bildiriblər...Gecə yarısı bu itlərin haradan çıxdıqlarını izah edə bilmirlər.

- Qan...-ağzından sözü təzəcə çıxartmışdı ki, Əbülfəz onu dərhal qabaqladı...elə bil əhvalatdan həzz alırdı.

- Qan izi, yerdə qalıb, lakin yalnız 10 metrə yaxın məsafədə uzanır...yan ikimərtəbəli binanın döngəsinə kimi. Elə bil həmən yerdən iti artıq qaldırıb, əl üstündə aparıblar.

- Hansı vaxtda peyda olub...dördün...-yenə də Əbülfəz gülümsəyərək

- Dördün yarısı...yenə həmən vaxtda...

- Mən bir şeyi başa düşmürəm ki, niyə bu it ovçusu buları belə narahat edir...Hər gün dördün yarısı gəlmir, qoy gəlsin də...Bunun qonşulara nə isti soyuğu var...İstisi var ki, yatanları narahat edən itləri qovur...Bunda pis və qorxulu nə var axı...Bizi də gecəynən göndərirlər bu dəlinin birini tutmağa

- Razıyam...amma mənə doğrudan da bunlar maraqlı gəlir...Ömrümdə manyak görməmişəm...

- Sən elə özün dəlinin birisən...Yaxşı smeni necə bölək

- Qaqaş incimə, amma mənim vaxtım on üçdən altıya kimidir. Axırıncı dəfə səninlə naryadda olanda vaxtı sən seçmişdin...Bu dəfə mən seçirəm on ikidən üçə kimi sənsən.

- Nədir, yoxsa dördün yarsında hadisə yerində olmaq istiyirsən

- Rəis tapşırıb ki, sabaha bu it oğlu itin ya ölüsü ya da dirisi hazır olsun. Onu özüm tutmaq istəyirəm. Eh..gərək dünən də patrul təyin edəydilər, düşərdim dalınca.

- Maşında yatacaqsan?- sualını təzəcə bitirmişdi ki, Adilin pəncərəsində peyda olan qara siluet hər ikisini diksindirdi...Qara kurtkalı orta yaşlı şəxs aşağı əyildi ki, üzünü maşındakılar görə bilsin...pəncərəni döyməyə başladı. Adil qapını açmaq əvəzinə pəncərəni aşağı saldı. Tutqun sifətli bu qərib adamın görünüşündən bəlli olurdu ki, ən azı üç gündür ki özünə baxmır, saçları daranmamış, üzünü qalın saqqal basmışdı...ağzından gələn spirt iyi isə Adili bir təhər etmişdi.

- Axşamınız xeyr...

- Nə lazımdı? – deyə Əbülfəz tanınmaz hal alıb acı şəkildə soruşdu

- Yandıranınız olmaz?- deyib gegirdi...qarnına yumruq dəymiş kimi əvvəl mədəsini sonra ağzını tutdu...Görünür mədəsində metabolizm lazımı şəkildə getmirdi...Bir gün ərzində Adilin gördükləri və eşitdikləri kifayət edirdi ki onun bütün həyat planlarını alt-üst etsin...bircə o qalmışdı ki, onun üstünə qaytaraydılar...Adili hiddət alovu bürümüşdü özünü qabağı verib əlini pəncərədən bayıra çıxartdı və yazıq kişini elə itələdi ki, üç metr aralıda səkiyə yıxıldı.

- Cındırın biri cındır...deyəsən KPZ-yə getmək istəyirsən...Nə qədər sənin aparmamışam itil cəhənnəm ol burdan. Kişi bir təhər ayağa qalxıb, axmaqcasına...

- Oldu rəis, əsəbləşmək nəyə lazım...Bu saat yoxa çıxıram...-deyə küçənin o başında gözdən itdi. Əbülfəz heç nə deməyib sadəcə özünəməxsus şəkildə gülümsədi, maşından çıxıb arxa oturacağın qapısını açdı və arxa oturacaqda uzandı...Adil saata baxanda gördü ki, saat artıq birə beş dəqiqə işləyirdi.

- Mənim smenim başladı...Çıxıram bayra...Üçə qalmış görüşərik -deyə çölə çıxdı...

Həmişəki kimi ilk öncə binanın arxasını yoxlamaq məqsədilə iki binanı ayıran maşın yolu ilə irəlilədi. Bina sakinlərinin, başlıca olaraq birinci mərtəbədə yaşayanların bina boyunca kiçik, çəpərləri xüsusi rus mənşəli sarmaşıqlarla sarılmış “oqorod”ları var idi. Çəpərin yaxınlığından keçəndə ilin hansı fəsli olmasından asılı olmayaraq möhtəşəm ətir, adamı məst edirdi. Elə Adil bunu bilib çalışırdı ki, çəpər boyunca hərəkət etsin. Artıq kiçik yol qurtardı, ona lazım olan binanın arxasına keçmək üçün sola dönməli idi. Elə də etdi, binanın arxası elə acınacaqlı vəziyyətdə idi ki, sakinlərdən birinin evinə gələn qonağa binanın arxasını göstərsəydin atasının canına and içərdi ki, bu həmən bina deyil...Binanın arxasında da kiçik lakin planda nəzərdə tutulmamış bağçalar yerləşirdi...Lakin binadan on-onbeş metrə aralı idi, arada qalan boşluq isə təyinatsız zibilliyə çevrilmişdi. Bina sakinləri eləmə tənbəllik elə pəncərədən zibilləri aşağı vızıldadırdı. Yer də kələ-kötür idi, bəzi yerlərdə kiçik kollar bitmiş, digər yerlərdə əsasən də daş-qayanın üstündə mamırlar çıxmış, qalan yerləri isə qalın zibil qatında aydın seçmək olmurdu...Hara da baxırdan salafan klyok idi, hətta bağların divarlarının qıraqlarında bitmiş yabani şam ağacların, küknar ağacının budaqlarında belə həmin ağ, qara salafanlardan görmək olardı...Bir sözlə adamın ürəyi bulanırdı. Bu kələ kötür “Fermopil” keçidini bir təhər keçib binan digər ucuna çatdı...Gözünə heç bir şübhəli şey dəymədi...Doğrusu Adil burda ən azı üç küçə itini görməyi gözləyirdi...Lakin itlərdən əsər əlamət yox idi. Ətrafa sanki illər idi ki, canlı varlıq ayaq basmırdı. Birdən ağlına əla fikir gəldi...İradə xanımın ona keçən ay hədiyyə etdiyi smart tipli mobil telefonu xidməti şalvarının cibindən çıxarıb, baş barmağı ilə telefonun üst hissəsini yuxarı doğru itələyib, menyuya girdi...Qaranlıqda Adilin üzü açıq-aydın işıqlandırdı...Arxasındakı elektrik sütununa söykənib rahatca eşələnməyə başladı...Olduqca keyfiyyətli foksu olan kameranı seçib, gecə çəkilişi rejimini seçdi...Ekranda ayağının altındakı KONTİ kağızı aydın şəkildə canlandı, gözləri ekranda telefonu sağa sola aparmağa başladı...Düzdür kamera bu rejimlə...reallığı canlandırmaqda gecikmələr etsə də, əksər statik şeylər və ya kiçik trayektoriyalı hərəkətləri lazımı şəkildə fiks edə bilərdi. Adil həmin manyakla qarşılaşsa nəyin bahasına olursa olsun onu videoya alacaq. Nə əcəb, bu qonşuların ağlına gəlməyib...Kamera rejimindən çıxanda əli təsadüfən yes düyməsini basıb Şəkil qalereyası qovluğuna girdi, və dərhal ekranda Aydanın anası ilə birgə Nabranda dəniz fonunda çəkdirdikləri şəkil çıxdı...Adil bunu Aydanın mobil telefonundan onun də xəbəri olmadan blutuzla göndərmişdi...Ürəyindəki ağrılar və sıxılmalar yenə öz sözünü deməyə başladı. Şəklin iki dəfə böyüdüb, zoom-u Aydanın üzünə uzatdı...İpək kimi dümdüz qara saçları, nazik qara qaşları, qonur gözləri, nazik çənəsi, xəfifcə qızaran yanaqları, dəqiq formalı zərif burnu, bütün bunlar elə kompleks gözəllik təşkil edirdi ki, Yaradana istər istəməz həmd edirdi. Bu ailədə keçirdiyi günlər onun üçün həyatının əksər hissəsindən dəyərli və gözəl idi. Bir-birinin ardınca gələn fikirlər, köhnə xəyallar, xəyalların sınma nöqtələri, xəyaldan reallığa keçidlər, alternativ xəyallar, təsəlli verən xəyallar, səmərəli düşüncələrlə, xam xəyalların mübarizəsi – qulağına gələn it hürültüsü onu bu transdan oyatdı. Telefonun saatına baxanda bir də gördü ki, saat üçə qalıb on beş dəqiqə. Adil hələ ömründə bu qədər çox xəyallarda uçmamışdı. Binanın əks ucundan dönüb yenidən binanın ön tərəfində peyda oldu...təxminən otuz beş-qırx metr məsafə aralıda dayanmış xidməti Reno qaranlıqda o qədər də çətinliklə görünmürdü...Tərkibində fosforlu birləşmələri olan plastik lampalar, uzaqdan pişik gözü kimi parıldayırdı. Maşında doğru irəlilədi, tez tez əsnəməyə başladı...bərk yuxusu gəlmişdi...Yəqin bu gün də manyakı görməy ona qismət olmayacaq. Maraqlısı onda idi ki, maşının qapısını açıb içəri girəndə Əbülfəzdən əsər əlamət yox idi. Afərin- gərək ki, vaxtında durub...yəqin subaşına gedib-deyə özlüyündə fikirləşdi, elə bir başa arxa oturacağa adlayıb, uzandı, oradakı dublyonkanı üstünə çəkdi.



IV

İLK CƏSƏD

Adil qulağına dəyən it hürültüsünə oyandı, saatına baxanda gözləri kəlləsinə çıxdı. Saat dördün yarısı idi. Başını qaldırıb pəncərədən baxmaq istədi. Pəncərələr içərinin temperaturundan tərlədiyinə görə heç nə görmək mümkün deyildi. Tez pencəyinin manjeti hissə ilə şüşəni silib boylandı...Nə qədər də inanılmaz olsa da, yanından elə həmən an boz plaşlı, başında qara panama, sol əlində üzü yerə qoşa güllə ov tüfəngi tutub maşınla paralel şəkildə düzləməsinə gedirdi. Adil dərhal geri çəkildi, halbuki, it ovçusu heç maşına tərəf baxmırdı belə. Qonşular necə də düz ifadə vermişdilər...doğrudanda dodaqaltında xüsusi səslər çıxarırdı, bağırtı tipli səslər çıxardırdı. Adil pəncərədən nə qədər boylandısa manyakın sifətini görə bilmədi, elə bil sifəti Marian çökəkliyi kimi zülmətdə idi...Heç nə seçmək olmurdu. Bu taxtabaş Əbülfəz haradadır görəsən, bilirdim o, bu gün çöplədəcək –deyə özlüyündə Əbülfəzə acılandı. Əlini tapanca qabına atdı, pistoleti təzəcə çıxarmışdı ki, qızmış quduz itin hücüm sədaları və mırıltısı eşidildi, itin atdığı hər bir addımı eşitmək olurdu. Manyak isə ondan da dəhşətli bir bağırtı çıxartdı, atəş açıldı...İtin qısa ölüm zingiltisindən hər şey məlum oldu. Adil yenidən pəncərədən baxmağa qərara aldı...Təəssüf ki, arxa pəncərədən hadisələrin gedişini görmək olmurdu. Lakin binanın podyezdlərini açıq aydın seçmək olurdu. Çox maraqlıdır. Qonşular hələ də çölə çıxmayıblar...Adil tapancanın darağına baxdı...döyüş güllələri ağzına kimi dolu idi, tapancaya keçirdi və qoruyucunu çəkdi. Yavaşca maşının arxa qapısını açdı. Maşından çıxan an ovçu yerə sərilmiş it meyiti ilə məşğul idi, dombalmışdı. İtin boyun dərisindən qaldırıb, yolunu davam etməyə başladı, Adillə onun arasında iyirmi beş metr məsafə olardı...Adil həyəcandan özünü ələ ala bilmirdi. Əlləri titrəyir üzünü tər basmışdı...Ürək döyüntüsü isə həddindən artıq gec idi. Bədənini buz bağlamışdı. Nişangahı ovçu istiqamətində tutub, qışqırdı “Tüfəngi yerə at, it oğlu it. Üzünü də mənə tərəf çevir...Tez ol.”. Tüfəngi əlindən yerə qoymasa da, sağ əlində üzü aşağı sallanmışdı. Adilə sonradan çatdı ki, tüfəngin içindəki gilizləri boşaldıb təzə güllə ilə doldurmasa o bu tüfənglə heç bir təhlükə yarada bilməsi. Dodadaltı xüsusi səslər dəyişkən səs miqyası ilə yenə də eşidilirdi. Bir əlində it meyiti, bir əlində tüfəng yavaş-yavaş Adilə tərəf burulmağa başladı. Adil onun üzü yanmış tüksüz, qaşsız hər tərəfi kələ-kötürlü qırışlar və həddindən artıq uzun çapıqlarla bürünmüş qara sifətini və əsasən də, qırmızı gözlərini görəndə, qorxu dalğasının gücündən qeyri-iradi atəş açdı. Bəxtindən güllə yan keçdi. Manyak isə bir millimetr belə tərpənmədi. “Görürsən ki, boşboğaz deyiləm, artıq bir hərəkət elə gör beynini dağıdıram ya yox.”- deyə səsləndi, və cibindən dərhal mobil telefonunu çıxardı...Yenidən kameranı aktivləşdirdi, ovçuya tərəf tutdu. Ekrana baxmağa başladı...Bu səhv addım idi, çünki Adilin yadından çıxmışdı ki, gecə rejimi çəkilişi həqiq zamandan bir saniyə gec addımlayır...Bir saniyə isə hər şeyi dəyişə bilərdi. Ekranda ovçunun əlində it olan qolunun arxaya doğru yığıldığını görən Adil, gözlərini hiss edibmiş kimi dərhal ekrandan ayırdı, ovçuya tərəf baxanda havada itin ağılasığmaz sürətlə ona sarı uçduğunu gördü, başını çevirməyə yarım saniyə geciksəydi, belə ağır sümüklü itin təpəsinə çırpılmasında çox ehtimal ki sağ çıxmayacaqdı, it çiyninə təyib göstərdiyi təzyiqdən onu yerə sərdi, Adil başını qaldıranda bir də gördü ki, manyak iri addımlara aradan çıxır...Tez tapancanı əlinə alıb ona tərəf qaçmağa başladı...Uzaqdan atəş açmaq istəmirdi. Manyakın atdığı növbəti addım isə Adili tam çaşdırdı. Belə ki, manyak üzbəüz ikimərtəbəli binanın solundan, döngəyə keçsə idi...Artıq onu tutmaq çox müşkül məsələ olacaqdı. Bununla belə, o həmən ikimərtəbəli binaya bitişik qonşulardan birinin alçaq çəpərli ( təxminən yarım metr olardı) bağçasına girdi və böyürtkən kollarının arxasında gizləndi, Adil çəpərə minimal məsafədə durdu. Kolu nişan aldı...Birdən ani olaraq gələn güclü baş ağrısı onu gözlərini yummağa vadar etdi...Maraqlıdır ki, gözlərini yumduğu an özündə rahatlıq hiss etdi, bədənindəki soyuq getdi, ətrafdakı temperaturun istiləşdiyini hiss etdi, gözlərini açanda otağın içində olduğunu gördü, qarşısında çarpayı var idi, orada bir qız yatırdı, ətrafa boylananda ona məlum oldu ki, bu Aydanın otağı idi...Bu xəyallar özündən asılı olmayaraq onu dəli edirdi. Yenidən gələn baş ağrısı, gözlərini yumur və açanda yenidən həqiqi məkana qayıdır. Başını bir qədər silkələyir...Yenidən kolluğa baxanda isə oradan tüfəng lüləsinin ona tərəf baxdığını görürür. Gözlərini yumub, qulaqlarının batmaması üçün ağzını açır, daraqda nə qədər güllə var hamsını boşaldır, kolluq tərəfə. Tüfəngin yerə düşməsindən Adil başa düşür ki, sabah onu yeni rütbə gözləyir...Çəpəri tullanıb bağçaya girir, kolluğa tərəf irəliləyir, birdən yaxın məsafədən dəlicəsinə qadın qışqırıq, ağlaşma hay-küy səsləri gəlir. Adil arxadan belini yumruqlamağa başlayırlar...və eşidir “Axı, niyə....niyə. Onun səndə nə işi vardı, Əclaf mən səni öldürəcəyəm”. Üzünü arxaya çevirəndə, onu vuran qadının İradə olduğunu gördü və “Sən burda neyniyirsən” deyə soruşdu. Və yenidən başağrısı, gözlərini açanda yenidən otaqda olduğunu görür...Otaq qan-qeysan içindədir, çarpayıdan axan qan sızıntıları, yerdəki xalçaya xəfifcə damcılayır. Çarpayıda yatmış Aydan da güllənin dəymədiyi yer yoxdur...Adilin huşu özündən gedir...Səhər Polis şöbəsində ayılanda isə ona bildirirlər ki, sən demə heç dünən iş günü deyilmiş...heç bir patrul təyin edilməyib...



V

NEYRATRON LAYIHƏSİ- YEKUN KONFRANS



Əla işıqlandırılmış konfrans otağı müxtəlif tip insanlarla dolu idi. Otağın bir ucundan digər ucuna kimi uzun dəyirmi masa uzanırdı...Masanın sol tərəfində ağ xalatlı alimlər, professorlar və çox güman ki, namizədlər digər tərəfində isə yüksək çinli zabitlər, pərdə arxasında qalan naməlum dövlət xadimləri, xüsusi orqanların polkovnikləri və digər qeyri-elm sahəsinin lakin elmə birbaşa nəzarət edən nümayəndələri əyləşmişdi. Hər kəsin diqqəti dəyirmi masanın önündə quraşdırılmış ağ yazı lövhəsi və sinovizyonun yaxınlığında durmuş düzbucaq formasında olan eynək tağmış, Kortez tipli ağ saqqal saxlayan, uzun və daranmamış şülküt saçlı professor Cəmilzadənin nitqində idi...Konfrans otağı elə bir yerdə baş tutmuşdu ki, ora heç bir media nümayəndəsi və ya axmaq “burunlar” girə bilməzdi, otaqda quraşdırılmış xüsusi qurğular, o cümlədən yeni tip SKELLER və SKREMBLER-lər otaqda səslənənlərə ətrafdan qeyri-qanuni qulaq asılmasını mümkünsüz edirdi.

- Hörmətli zabitlər, hörmətli politoloqlar, iqtisadçılar və kolleqalar...Bu gün Sizləri son illərdə əldə etdiyimiz ən böyük nailiyyətlərdən biri ilə tanış edəcəyəm...- polkovniklərdən birinə baxaraq həyacanla – yoldaş polkovnik, bizdə alındı...baş tutdu...

Həddindən artıq dolu polkovnik, bir qayda olaraq diqqəti nəiləsə məşğul olanda hər zaman vərdiş etdiyi kimi sağ qolu sol qolunun üstünə qoyub, sağ əlinin ovucu ilə ağzını örtərdi...reaksiya verməli olduğundan əllərini çəkib, gülümsəyərək, sakit lakin vahiməli komandir səsi ilə- Təbrik edirəm, professor- professor Cəmilzadə



- Bu gün nəticələr yekun olduğundan görürəm ki, aramızda onlarla yeni simalar var, və çox güman ki, layihənin məğzi və təfərrüatları haqqında çox az məlumatlıdırlar. Ona görə hesab edirəm ki, həqiqəti ilkin mənbədən eşitmək daha məqsədəuyğun olar. Yoldaşlar Sizin izninizlə mən hər şeyə əvvəldən başlayım.- öz həmkarlarına tərəf baxaraq özünəməxsus şəkildə formal gülüş səsləri çıxartmağa başladı...- Sizi başa düşürəm, indi fikirləşirsiz ki, mən burada danışacağam, siz isə heç bir şey anlamayacaqsız...Lakin ötən konfransımızda iştirak edənlər bilirlər ki, mənim heç də disertasiya vermək fikrim yoxdur...Biz alimlər gərəl preskriptivist deyil deskriptivizt olaq...yəni vacib olan mürəkkəb cümlələrlə, elmi ifadələr və terminaloqiya ilə danışmaq deyil, əsas məsələ fikri istənilən vasitə ilə çatdırmaqdır. Bu praktikada da özünü doğruldub...müqayisə etmək üçün qərb və post-sovet elmi sistemini müqayisə etmək kifayətdir...hər şeyi təhsildən başlamaq lazımdır...- qara kostyumlu dövlət xadimlərindən biri işarə vasitəsi kimi səsli şəkildə boğazını boşaltdı...professor quşu göydə tutub özünü itirmədi, amma çox güman ki, bu işarəni edən elə təhsilə cavabdeh “kölgə” idi.

- Nəisə...deyəsən bir qədər uzaqlaşdım...Neyratron layihəsi...Neyraton

Əvvəllər bu konfransda iştirak etməmiş zabitlərdən biri, nitqə müdaxilə edib

- Professor, neytron bombası yaratmısız...- gülümsəyərək... bunu axı artıq ixtira ediblər, hətta qadağan da ediblər, heç bir partlayış vermir...yalnız ətrafa radiasiya yayır.

- Yoldaş zabit,- ulduzlarını sayıb, özünü yığdı, əvvəl mayor olduğunu hesab etsə də, ayparanın ölçüsündən generalla danışdığını başa düşdü, özünü yığdı, yoldaş general Siz səhv eşitdiz, neyratron-un neytronla əlaqəsi yoxdur, onun işi yalnız neyronladır- insan beyni təşkil edən hüceyrə...

General axmaq vəziyyətə düşməmək üçün gülümsəyərək

- Bunu vaxtında dedə, məllim

Konfrans zalını bir neçə saniyəlik möhkəm gülüş bürüdü... Ara sakitləşdiyini görən professor yenidən nitqinə davam etdi...

- Sözün düzü, ilk baxışdan, doğrudan da, bir silah kimi səslənir, amma bu bilavasitə bir silah deyil, sistematik ötürücü vasitəsidir...Başlayım əvvəldən...Keçən il bizim Amerikalı kolleqalarımız, Luiziana ştatının nevroloji tədqiqat heyətinin üzvləri bir neçə il öncə dəhşətli avtomobil qəzası keçirmiş bir orta yaşlı amerikan xanımı üzərində xüsusi tədqiqat aparmışdılar...Xanım bu qəzada hər iki övladını itirmiş, həyat yoldaşı isə iki illik komadan sonra vəfat etmişdi. Xanım qəzadan bir il keçmiş depresiyadan çıxmağı qərara almış və əvvəlki işinə qayıtmışdır...Lakin özündən asılı olmayaraq, dediyinə görə, onun düşüncələrinin hər on saniyəsinin üçü həmən hadisəyə aid olur...Qəza gözünün qabağına gəlir və nəticədə harada olursa olsun, ətraf temperaturdan asılı olmayaraq, təzyiqi aşağı düşür, bir sözlə qadın ictimai yerlərdə uzun müddət qala bilmir...halı özündən gedir. Psixoloqlar, Çin təbabəti, qeyri-tibbi vasitələr...bunlar heç biri fayda vermir. Nəhayət elə olur ki, qadınla Luisiana ştatının bu vaxta qədər tədqiqatlarını siçovullar üzərində aparan nevroloqlarının motivləri üst-üstə düşüb, qadına xüsusi səs boğucu otağa daxil ediblər, ətraf hər yer ağappaq olub, otaqda yalnız bir tam ağ kreslo yerləşib...Kresloda oturandan sonra, xanıma profonol adlanan iynə vurublar ki, bu da insanın beynində emosiya yaradan mindalin vəzinin fəaliyyətini passivləşdirir...yəni insan həyacan keçirmir...İynən beş dəqiqəlik təsir müddəti ərzində qadından xahiş ediblər ki, həmən qəza haqında bir qədər ətraflı fikirləşsin olanları təfərrüatları ilə yadına salsın... Bir neçə seansdan sonra qadının qəza yadına düşəndə o artıq heç bir həyəcan keçirməyib...Bu ona görə baş verib ki, mindalin vəzi xüsusi maye ifraz etmədiyi zaman qadının qəzanı xatırlaması, onun beynində alternativ yaddaş neyronları formalaşdırıb, bura əvvəlki informatsiya keçib lakin yaddaş hüceyrələri özlərini elə formalaşdırıb ki, onun fəaliyyəti zamanı yəni qəza yada düşən zaman mindalin vəzi heç bir maye ifraz etmir, nəticədə o heç bir həyəcan keçirmir...Bir neçə müddətdən sonra isə bu hadisə artıq onun gözünün qabağına ümumiyyətlə nadir hallarda gəlməyə başlayıb, bunun da bir açıqlaması var ki, səbəb artıq emotsiaların heç bir rol oynamamasıdır,...əvvəllər onun tez-tez qeyri-iradi şəkildə yada düşməsinə səbəb...elə emotsiaların özü idi....Belə, ...bəs biz bundan nə kimi istifadə etdik. Biz bu nailiyyətdən daha səmərəli və məqsədəuyğun şəkildə istifadə etməyi qərara aldıq. Belə ki, hesab etdim ki, biz süni şəkildə alternativ yaddaş yarada bilərik. Sınaqları viviseksiya yolu ilə- yəni heyvanların üzərində aparmaqla heç bir nəticə əldə edə bilməyəcəyimiz su kimi aydın idi... Ona görə də biz birbaşa insan üzərində təcrübə aparmağı qərara aldıq...Lakin təcrübənin baş tutması üçün üzərində testlər aparılan şəxsin bundan heç bir xəbəri olmamalı idi...Çox müşkül məsələ olduğundan, qərara aldıq ki, anesteziyada olan xəstələrdən birini xəstəxanadan qaçıraq, məlum idi ki, ürək damarlarında cərrahiyyə əməliyyatı aparılmış həmən şəxs – Sumqayıt şəhər sakini, coğrafiya müəllimi, Mövlud Əliyev, növbəti gün oyanmalı idi...Mövlud Əliyev ehtimal edildiyi kimi növbəti gün oyandı...Oyanan kimi, ona təzyiqi qaldıran kafein iynəsi vurduq, lakin eyni zamanda ona xüsusi məst edici Eleksis dərmanı da yeritdik ki, ətraf şeylərə fikir verməsin. Daha sonra xəstənin başına xüsusi hazırladığımız visual kaska keçirdik, bu bir növ portal televizor kimidir, lakin fərqi ondadır ki, ətrafdakı səslər və görüntülər kaskaya daxil olmur...Yalnız vizual kaskanın ekranında nə gedirsə o da görünür. Luisiana professorlarından fərqli olaraq emotsional hissləri və adrenalini qaldırmaq üçün antiprofonol tətbiq etdik ki bu da mindalin vəzinin ifrazatını sürətləndirir...Xüsusi seçdiyimiz qorxulu holivud filmlərindən bir vahiməli manyak surətini seçdik, bu ovçu idi...Lakin üzü yanıq, gözləri vulkan kimi qırmızı, qəribə səslər çıxaran bir insan ovçusu...Çarxın gedişi zamanı manyak öz ov tüfəngi ilə meşədə üstünə hücum çəkən itləri və canavarları deşik-deşik edirdi. Çox qanlı və dəhşətli mənzərə idi...Bizim yaradacağımız yalançı yaddaşın baş tutub tutmamasını yoxlamaq üçün isə gərək əlavə bir direksiya təyin edəydik...Ağlımıza belə bir şey gəldi ki, dəqiq saat amilindən istifadə edək, “saat dördün yarısı”, “gecə yarı”, “dördün yarısı”, “dəqiq dördün yarısı” deyə tez-tez bu sözləri visual effektlərin müşayəti ilə ona eşitdirirdik...Təxminən beş seans keçirtdik...Ona yuxu dərmanı verib, yenidən xəstəxanaya göndərdik...Bütün testləri bir gecə ərzində həyata keçirdiyimizdən, gecə xəstənin harada olması heç kimi narahat belə etmədi...Yəqin edirdilər ki, ayaq yoluna çıxıb...Növbənin baş həkiminə gəldikdə isə o, bu təcrübə haqqında əvvəldən məlumatlandırılmışdı. Elə xəstənin seçilməsinə o yardım göstərmişdi...dedi ki, ən “sakit” xəstələrdəndir...Bilsə belə şikayət etməz...

Professor dərindən nəfəs alıb, yorğunluğunu bir anlıq aldı, masanın üstündəki pultu qaldırıb başının üstündəki sinovizyona tutdu, otağın işıqları avtomatik olaraq söndürüldü...Professorun hazırladığı slayd şou başladı, ilk öncə xəstənin üçün dördə şəkli, daha sonra xəstə təcrübə zamanı, xəstənin təcrübədən sonrakı görüntüsü, xəstənin yaşadığı yer, binanın peykdən görünüşü, binanın və ətraf ərazilərin ümumi planı, post patrul təyin edildikdən sonra ərazinin peykdən amma çox yaxın miqyasdan görünüşü və slaydlar professorun izahları ilə bir-birini əvəz etdi...Slaydlar bitdikdən sonra...işıqlar yenidən yandı, professor masa arxasında əyləşənlərin işığa hələ alışmamış gözlərini büzüb, əlləri ilə uşaq kimi ovuşdurduqlarınını görəndə cani tək gülümsədi və nitqinə davam etdi...

Beləliklə, bizim Mövlud Əliyevə göstərdiyimiz film parçaları, ətraf səslər, müxtəlif sekresiya dərmanları onda özü tərəfindən yalançı yaddaş neyronları formalaşdırdı...yəni biz süni yaddaş yaratmağa nail olduq...Artıq evə gedən gündən etibarən hər gecə , daha doğrusu səhər dördün yarısı, çöldən it səsləri, atəş səsləri eşidir...və bayıra çıxanda həmən ovçunu görür...Sözün düzü hörmətli kolleqalar, hörmətli zabitlər, bu təcrübə bizim gözlədiyimizdən çox bəhrə verdi...bizim məqsəd Mövlud Əliyevdə süni yaddaş yaratmaq idi, buna nail olduqda...lakin bizim ağlımıza da gələ bilməzdi ki, Mövlud bu süni yaddaşı bir infeksiya kimi başqalarına da keçirə bilsin...digər qonşulara heç bir antiprofonol vurulmadığı halda onlar da ovçunu gördüklərini iddia edirdilər...daha sonra post patrul xidmətinin iki çavuşu...Vəziyyətin gərginləşməməsi üçün, yoldaş polkovnikin dəstəyi ilə, elə etdik ki, manyakın tutulması bütün Sumqayıt camaatına bildirilsin ki, ara sakitləşsin...Belə...bu qədər...Bu böyük nailiyyətdir yoldaşlar.

Artıq bir dəfə monoloqa müdaxilə etmiş general yenidən söhbətə qoşuldu...

- Bütün bunları qoyaq bir qırağa...bizi bura yığmağınızın məqsədi nədir...Bunların bizə nə aidiyyatı var

- Ayidiyyatı var, yoldaş general, həm də necə...Lakin siz mənim nitqimin mətnaltı ismarıcını tuta bilmədiz...Siz təsəvvür edin ki, neyratron layihəsindən hərbi də nə kimi məqsədlərlə istifadə oluna bilər...Əsir düşmüş hər hansı bir düşmən zabiti və ya əsgəri, və ya ümumiyyətlə sivil vətəndaşı (düşmən tərəfdən) neyratrona məruz qoyuruq...Bu dəfə iri dozalarla, həm də ovçu görüntülərinin yerinə, üzərində bizim bayraqlarımız əks olunun yüzlərlə tank, bete-er və s. hücüma keçdiyi görüntüsü, tankların uğultusu, bizim dildə marş mahnıları və səsləri...və yalnız dördün yarısı deyil, günün müxtəlif vaxtları...Siz təsəvvür edin bu silahla biz nə kimi psixoloji üstünlüyə nail olarıq...- general bir neçə saniyə uzanmış fasilədən sonra, məsələni analiz edib dərk etmiş kimi başı ilə təsdiqə bənzər işarə etdi, heç kimin gözləmədiyi halda yerindən qalxıb, professora tərəf getdi, professorun əlini sıxıb onu təbrik etdi

- Siz nə vaxtdan bizimlə əməkdaşlığa başlaya bilərsiz...düşmən “krolikləri” nə qədər istəyirsən...bircə vaxtı deyin...Nə lazım olsa çəkinməyin, dərhal yerinə yetirməyə hazıram...

Otaqdakılar konfransın bitdiyini görüb, dağılışmağa başladılar, namizədlər və professorlar Cəmilzadəni ətrafa alıb təbrik etməyə başladılar...Zabitlərin əksəriyyəti artıq otağı tərk etmişdi. Qəflətən otağına digər ucundan, tenor kişi səsi eşidildi...

- Professor bəs, o yazıq ölən qızın nə günahı var idi, bəs onu öldürən polis nəfərinin nə günahı var idi – deyə bayaqdan məqam axtara bir kapitan ayağa qalxdı.

Professorun əhvalının qaçdığı aydınca hiss olundu...Kapitanın üzünə baxıb bir qədər fikirləşdi...

- Məgər Siz, yoldaş zabit, belə bir məsəl eşitməmisiz?... “Elm qurban tələb edir”











Yorumlar








Aktif Ziyaretçi 20
Dün Tekil 813
Bugün Tekil 658
Toplam Tekil 1641013
IP 54.159.129.152






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































9 Rebiü'l-Evvel 1438
Aralık 2016
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Onlara Allah Türk Adını verdi ve Onları yeryüzüne hakim kıldı.
(Kaşgarlı MAHMUT)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.597 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

Sayac

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu