Nuridə Atəşi ilə Müsahibə - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









Nuridə Atəşi ilə Müsahibə - Elnur ELTÜRK
Tarih: 09.02.2010 > Kaç kez okundu? 2267

Paylaş


Nuridə Atəşi “Mən ümid və arzu edərdim ki, azərbaycan ədəbiyyatı yenə də Nizamilər, Məhsətilər yetişdirə bilsin.”

Almaniya Federal Respublikasının birləşməsinin 20 illiyi münasibəti ilə „Who is who“ Hübner nəşriyyatı (Kim kimdir) Almaniyanın aparıcı kişi və qadınlarından ibarət xüsusi yubiley Ensklopediyası buraxmışdır. Sevindirici hal odur ki, Almaniyada yaşayan fəal insanlarımızından sayılan, mədəniyyət xadimi, yazıçı, şairə və Almaniyada fəaliyyət göstərən N.Gəncəvi İnstitutunun direktoru Nuridə Atəşinin adı bu kitaba düşmüşdür. Həm bu, haqda və həmdə oxucularımızı maraqlandıran digər sualların cavabını almaq üçün Nuridə Atəşinin günaz.tv Mətbuat Xidmətinə verdiyi müsahibəsini təqdim edirik.

- Nuridə xanım, ilk öncə Sizi adınızın belə bir möhtərəm kitaba düşməsi münasibəti ilə sizi təbrik edirik. Bu haqda oxucularımıza məlumat vermənizi istərdik.

- Bunun və ümumiyyətlə mənim Almaniyadakı son uğurlarımın ilk ən böyük səbəbi məni 2008-ci ildə Almaniyanın görkəmli nəşriyyatı hesab edilən “Mattes & Seitz” nəşriyyatında “Pərvanə və şam“ adlı Azərbaycanın minillik klassik ədəbiyyatı antologiyasının məşhur alman şairi Jan Veinertlə birgə, alman dilinə tərcüməsi və nəşri oldu. Kitab Frankfurt kitab sərgisində uğurla sərgiləndi. Və demək olar ki, mənim kitablarım bundan sonra alman kitab bazarına çıxdı, və ismim bir şairə və yazar olaraq alman yazarlarının arasında yer aldı. Az keçmədən daha, bir görkəmli alman nəşriyyatı sayılan Karin Fişer nəşriyyatından mənə təklif gəldi və mənim seçmə əsərlərimdən ibarət “Od qızı” adlı 15-ci kitabım nəşr edildi. Və bunun arxasınca da dərhal Fişer nəşriyyatının buraxdığı “Günümüzün poeziyası və nəsri”antalogiyasında mənim 5 əsərimə və bioqrafiyama geniş yer verildi. Və mən Leipzig Dövlət kitabxanasından yazılı bildiriş aldım ki, onlar mənim kitablarımı kataloqlaşdırmağa başlayıblar. Elə bu günlərdə də, Almaniyanın Detmold şəhərində Nordrhein-Westfalen Ölkə Musiqi Şurası ve Nordrhein-Westfalen Ministerprezidentinin dəstəyi ilə "Horizonte" Ansamblinin ifasinda “Od qızı” (Feuertochter) adlı Konsert verilmişdir. Konsertde Detmoldda yashayan gənc bəstəkar Xədicə Zeynalovanın Nordrhein-Westfalen Ölkə Musiqi Şurası və Nordrhein-Westfalen Ministerprezidentinin sifarişi ilə Ansambl "Horizonte" ücün mənim eyni adlı kitabım və şeirim əsasında 9 hissəli "Od qızı" (Feuertochter) əsərinin premyerasi olmuşdur. Konsert Klangwerkstatt Detmoldda Ansambl "Horizonte" tərəfindən keçirilmişdir. Orkestrin rəhbəri Dr. Jörg-Peter Mittmann əsəri çox yüksək qiymətləndirmiş və Almaniyanın bir çox şəhərlərində veriləcək konsertlərin proqramına salmışdır. Əlbəttə ki, bu qədər böyük uğurlardan sonra belə bir ensklopediyaya düşməyi gözləmək olardı.

- Bu gün Alman insanı Azərbaycanı neçə təsəvvür edir?

- Bu gün alman insanı Azərbaycanı cənubi Qafqazda ən böyük inkişaf edən bir ölkə kimi təsəvvür edir. Amma, əlbəttə ağıllı alman insanları bütün çatışıb-çatışmayan tərəflərini də görür.

- Almaniyada XIX əsrdə ilk dəfə olaraq, Azərbaycanda alman koloniyaları yaranması haqqında informasiyalar varmı?

-Bəli var. Elə bu, il Azərbaycanda alman mədəniyyət həftələri tədbirləri çərçivəsində bu, barədə tədbirlər keçirildi. Azərbaycanda olan alman səfirliyi bu barədə xeyli işlər görmüşdür. Lakin bizim N. Gəncəvi adına Azərbaycan Mədəniyyət İnstitutu Qafqaz amazonları tədqiqatlarımız nəticəsində aşkar etdik ki, məhz son əsrdə Azərbaycanda çoxlu arxeoloji tapıntılar əldə edilmişdir. Maraqlı burasıdır ki, bu qiymətli tapıntılar ilk dəfə alman arxeoloqu və Xanlar koloniyasında yaşayan Jakob Hummelin adı ilə bağlıdır. Y.Hummel 1935-1938-ci illərdə Xanlar və Gəncəçay ətrafında çoxlu sayda arxeoloji qazıntılar aparmış və çoxlu dəyərli tapıntılar əldə etmişdir. 1940-cı ildə Azərbaycan SSR Elmlər Akademiyası Tarix İnstitutu tərəfindən nəşr edilmiş Y.İ.Hummel “Arxeologiya oçerkləri” kitabına akedemiyanın redaksiya heyəti tərəfindən yazılmış öz sözündə deyilir:

“Сборник работ Й. И. Гуммела являеться первым большым сводом археологичечкий работ в Азербайджане дайющим ценный материал историкам, изучающим древнюю историю Азербайджанской ССР”.

Hummelin aşkara çıxardığı arxeoloji tapıntılar təəssüflər olsun ki, indiyə qədər muzeylərin bir küncündə qalmış, kataloqlaşdırılmamış, bəziləri isə hətta Berlin muzeylərinə gəlib çıxmışdır.

Mən Y.Hummelin arxeologiyasını toplayıb ortaya çıxarmaq, ayrıca kataloq və ya sərgi yaratmaq və alman arxeoloqunun böyük əməyini əbədiləşdirmək və bu, proyektə dəstək olmaq haqqında artıq Almaniyanın bir çox rəsmi orqanlarına, Azərbaycan Milli Elmlər Akademiyasına, Arxeologiya və Etnoqrafiya İnstitutuna məktubla müraciət etmişəm. Bu barədə isə almanlar demək olar ki xəbərsiz idilər.



- Nuridə xanım, ədəbiyyat insanı olduğunuza görə, sizə bu, mövzü ilə bağlı sual vermək istərdim. Bu günlərdə, Azərbaycan Prezident Administrasiyanın rəhbəri Ramiz Mehdiyev Azərbaycanda içtimai-mədəni düşüncəyə güclü şəkil təsir edəcək, və müasir dünyanın intellektual tələblərinə cavab verən, bədii-elmi əsərlərin yazılmaması ilə bağlı analitik məqalə ilə çıxış etdi. Həmin, məqalə ölkədə ciddi diskusiyalara səbəb oldu. Sizcə, nə üçün Azərbaycanda dünyada yaxşı mənada səs-küy sala biləcək əsərlər yazılmır?



- Mən akademik Ramiz Mehdiyevin haqlı iradları və tənqidləri ilə tam şərikəm. Haqlı sual deyilmi? “Müasir dünyanın intellektual səviyyəsinə cavab verəcək hansı əsər son illərdə Azərbaycanda yaranıb?” Mən də belə bir əsər tanımıram. Bilirsinizmi, Azərbaycan oxucusunu təəccübləndirən, zövqünü oxşayan əsərlər yazmaq çox asandır. Amma, dünya səviyyəsinə çıxara biləcək bir əsər yaratmaq hər yazara qismət olmur. Və xüsusən hazırkı Azərbaycanın ədəbi cəmiyyətində. Hazırda, Azərbaycanda çox çap edilən və məşhur hesab edilən yazarların demək olar kı, hamısının illərdən bəri yapışıb qaldığı möhkəm kresloları vardır. Ya da yaxşı pulları var, kitablarını çap etdirib təbliğ edə bilirlər. Hansı pulsuz şair və yazar Azərbaycanda məşhur ola və kitablar çap etdirə bilər? Ədəbiyyat adına nə qədər mədhiyyələr və sərsəmləmələr, yazılır və çap edilir? Əlbəttə belə, “ƏSƏRLƏR” Avropada da pul gücünə çap edilir amma onları burada tanıyan və oxuyan varmı? Çamadanlarına doldurulub Bakıya aparılır ki, bizimdə əsərimiz xaricdə çap olundu deyə. Gənc yazarlara heç bir diqqət, qayğı yoxdur. Əlbəttə ki, təriflər yazanlara, quyruq bulayanlara yer də var, qayğı da var, sponsorluq da var. amma söhbət əsl ədəbiyyatdan gedirsə ədəbi strukturlarda köklü dəyişikliklər edilməlidir. Gənc yazarlara, istedadlara şərait yaradılmalıdır. Və xüsusi ilə tərcümə sahəsində böyük axsaqlıqlar var. Xarici əsərlər əksəriyyətən ikinci, üçüncü əldən tərcümə edilir. Ya türk ya da rus dilindən. Dəhşətlisi o deyil ki, altına tərcüməçi olaraq adlarını yazırlar, yox ən dəhşətlisi odur ki, tərcümələr bağışlanılmaz dərəcədə qüsurludur. Mən son zamanlar bilirsiniz tarixlə, xüsusi ilə Qafqaz amazonlarının tədqiqatı ilə məşğulam. Tarixi kitabların, antik müəlliflərin əsərlərini almancadan, ingiliscədən azərbaycan dilinə tərcümələrini tutuşduranda dəhşətə gəlirəm. Onlarla fakt çəkə bilərəm bircəsini deyim yetər:



- Mikayıl Rzaquluzadənin (1905-1984) Homerin “İliada və Odisseya” əsərlərinin bir neçə əldən edilmiş olan tərcümələri həm 1986 (Yazıçı nəşriyyatı), həm də 2004 cü il (Öndər nəşriyyatı) məzmunca çox qüsurludur və doğru tərcümələr deyildir. Buna görə də tərcüməçi və xüsusən də tarixçinin bir neçə dili bilməsi çox vacibdir. Alizon adın tərcümə Qolizon kimi verilməsi böyük bir səhv və hətta bağışlanmaz bir qəbahətdir. Elə belə yalnış tərcümələrə görə indiyə qədər tarixçilərimiz Amazonların tarixindən xəbərsiz qalıblar. Hələ ədəbiyyat bir tərəfə tarix haqda yazılan kitabların vəziyyəti də o qədər ürək açan deyil. Bu anlamda mən Ramiz Mehdiyevin tarix haqqında, tarixi kitabların, dərsliklərin, yazılan elmi işlərin vəziyyəti haqqında yazdıqlarına da tam şərikəm. Bu qədər demokratiya heç bir ölkənin tarixində və ədəbiyyatında mən rastlamamışam. Kim nə istəyir yazır. İdeologiyanın tarixlə, elmlə əlaqəsi olmamalıdır. Tarixi heç bir ideologiyaya salmaq doğru deyil, ədəbiyyatı da mədhiyyələrə.

- Dövlət hazırda bütün sahələrə yetərli qədər pullar ayırır. Bu pulların hesabını sormaq mənim səlahiyyətimdə deyil. Lakin heç olmasa cüzi miqdarı əsl tərcüməçilərin, tədqiqatçıların, yaradıcı insanların əməyinə xərclənsə nə ədəbiyyatımız, nə mədəniyyətimiz bu acınacaqlı vəziyyətdə olar. Təəssüflər olsun ki, biz hələ də tənqiddən nəticə çıxarmağı bacarmır və tənqidə düşməncəsinə yanaşır həmən özünü müdafiyəyə qalxır gücümüz çatırsa rəqimibimizi “susdurmağa” çatmırsa özümüzü təmizə çıxarmağa çalışırıq. Çox verimli, xeyirli amma olardı ki, Ramiz Mehdiyevin tənqidləri sintez edilsin, səbəblər araşdırılsın, qüsurlar, çatışmamazlıqlar etiraf edilsin və aradan qaldırılmağa çalışılsın. Mən ümid və arzu edərdim ki, azərbaycan ədəbiyyatı yenə də Nizamilər, Məhsətilər yetişdirə bilsin. Amma indiki mühitimizdə bu çox çətindir və mümkün deyil. Yazar yazmaqdan, danışmaqdan qorxmasın gərək, çap olunmaq dərdi çəkməsin gərək, İstedadlı düşünür insanın ruhu azad olmalıdır onun istedadının məhv edilməsindən əzab çəkməsin gərək. Mən yazarlar Birliyinin üzvüyəm. Əlimdə vəsiqə də var hətta Azərbaycn yazarlarını Almaniyada Yazarlar Birliyi adından təmsil etmək üçün. Amma bunu indiyə qədər heç bir yerdə göstərməmişəm və söyləməmişəm. Çünki bununla fəxr etmirəm. Bütün dünya Azərbaycanın dünya şöhrətli yazarı Məhəmməd Əsəd Bəyi (Qurban Səid) azərbaycan yazarı kimi tanıdığı halda, qəbul etdiyi halda Yazarlar Birliyinin Əsəd Bəyi hələ də qəbul etməməsi Azərbaycan Yazarlar Birliyinə yaraşan bir mövqe deyil. Ədəbiyyat qəzeti sifarişlə, qərəzliklə yazılmış yazıları verir. Amerikalı Betti Bleyer Əsəd Bəyi Azərbaycanın düşməni kimi qələmə verir. Ədəbiyyat qəzeti də səhifə-səhifə çap edir və bu ədalətsizlikləri müdafiə edir. Bu ədəbiyyata xidmət deyil. Gənc istedadlar Yazarlar Birliyindən belə haqsızlıqlara görə üz döndəriblər. Onlara təzyiqlər edilir. İxtilaflar, qarşıdurmalar yaradılır. Azərbaycanda hazırda çox istedadlı gənc yazarlar vardır. Bütün bunlar haqlı tənqidlərdir, qəbul etmək və nəticə çıxarmaq lazımdır. Belə bir ədəbi mühitdə necə gözəl və dahiyanə əsərlər yaradıla bilər?

- Siz 15 ilə yaxındır ki. Qafqaz Amazonlarını tədqiq edirsiniz. Tarixi roman yazmağı, tarixi film çəkməyi, Amazonlar Muzeyi açmaq məsələrini qaldırırsınız. Dünyada yunan qadınları kimi qəbul olunmuş Amazonları necə deyərlər mifalogiyadan çıxarıb Qafqazın, Azərbaycanın tarixinə salmaq iddiasına hətta qalxırsınız. Sizcə Sizin Amazonların tədqiqatı Azərbaycanın dünyada tanınmasına xidmət edə biləcəkmi?

- Bilirsinizmi mövzu çox maraqlıdır, yenidir. Qafqaza olan beynəlxalq maraq hazırda çox böyükdür. Dünyanın nəzərlərini bununla Azərbaycana yönəltmək mümkündür. Mənim əlimdə Amazonların Qafqazda, Azərbaycanda xüsusi ilə Qarabağda yaşadıqlarını dünyaya sübut edə biləcək minlərlə tarixi, arxeoloji, elmi faktlarım var. Bu çox önəmli bir məsələdir. Mən Azərbaycanda Amazonlar Muzeyinin yaradılması təklifini artıq yazılı olaraq vermişəm. Amazonlar haqqında tarixi bir filmin çəkilməsi, sərgi və beynəlxalq bir elmi konfransın keçirilməsi çox zəruridir. Bütün şərq dünyasının milli bayramı olan Novruz bayramının Amazonların bizə bir başa mirası olaraq, dünya mədəni irsinə aid olan Qobustanı dünyada amazonların ilk və yeganə mağarası , zağası kimi dünyaya sübut etmək Azərbaycanın adına əlbəttə çox böyük şöhrət gətirər. Bu həm də dünya turizmini Azərbaycana çəkmək baxımından ölkəyə xeyir gətirər. Bu projektin dünya mədəniyyəti, tarixi üçün də əhəmiyyəti çox böyükdür ona görə mən bir çox Avropa televiziyaları, rejissorları tərəfindən çox maraqlı təkliflər alıram. Mənim üçün ən önəmlisi öz ölkəmin dünyada təbliğidir buna görə də hələlik heç bir qərar vermirəm. Yalnız tədqiqatımı davam etdirirəm. Dünyaya çıxarılacaq filmin, əsərin məsulliyyəti də çox böyükdür.

- Sizcə bu Projektinizi reallaşdıra biləcəksiniz?

-Bilirsinizmi təəssüflər olsun ki, beton beyinlər həm zaman və hər yerdə var. Onlara əhəmiyyət vermək lazım deyil. Yaxşı ki bu beton kafalar xalqın mədəniyyətində, tarixində yalnız qonaq olurlar. Mən isə ev sahibiyəm. Buna görə də ev sahibi olaraq öz məsuliyyətlərim və borclarım var xalqımın qarşısında. Və yalnız bu borclarımı, vəzifələrimi yerinə yetirməyə çalışıram. Mümkün qədər professional, ciddi və əzmkar. Mənim işim yazmaqdır, gücüm çatanları təkbaşıma həyata keçirirəm, çatmayanları isə yazıb qoyuram, gələcək nəsillər həyata keçirəcəklər, buna əminəm!

- Sonda, Nuridə xanım dəyərli vaxtınızı bizə ayırıb suallarımızı cavablandırdığınıza görə, Sizə öz təşəkkürümüzü bildiririk və gələcək işlərinizdə uğurlar azru edirik.

- Çox dəyərli Elnur bəy, inanın ki, mənə çox böyük zövq oldu sizinlə söhbətləşmək. Bütün oxucularımıza yeni il əhval-ruhiyyəsi, nəşəli yeni il məclisləri arzulayır və tənqidlərə dözümlülük və bir-birimizə arxa-dayaq olma, 2010 cu ildə o taylı-bu taylı bütün bacı və qardaşlarıma kin-küdurətdən düşmənçilikdən, ədavətdən uzaq adil və müdrik, xöşbəxt bir xalq olmağı arzulayıram.

Söhbətləşdi: Elnur Eltürk

















Yorumlar








Aktif Ziyaretçi 26
Dün Tekil 763
Bugün Tekil 675
Toplam Tekil 1636969
IP 54.147.236.192






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































4 Rebiü'l-Evvel 1438
Aralık 2016
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Ne kadar bilirsen bil; söylediklerin karşındakinin anladığı kadardır.
(MEVLANA)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 2.098 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

Sayac

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu