Vuqar Zifəroğlu ilə Müsahibə - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Vuqar Zifəroğlu ilə Müsahibə - Elnur ELTÜRK
Tarih: 08.02.2010 > Kaç kez okundu? 3048

Paylaş


Vuqar Zifəroğlu:“İrana güclü, ərazi münaqişəsi olmayan Azərbaycan sərf etmir.”



Geosiyasi analitik Vuqar Zifəroğlunun Gunaz.tv Mətbuat Xidmətinə müsahibəsi:



- Vuqar bəy, son vaxtlar Rusiya münaqişənin həll olunmasında fəal oyunçu rolunu oynayır. Münaqişənin həlli yaxın vaxtlarda gözlənilirmi?



- Bildiyimiz kimi, Rusiya Cənub Qafqazda mövcud olan münaqişələri öz nəzarətində saxlamağa çalışır. Rusiya çox zaman bu münaqişələrin davamlı olmasında maraqlıdır, münaqişələr bir növ onun Cənubi Qafqaz dövlətlərinə təzyiq aləti və Qərblə «bazarlıq»da ona manevr imkanları verən vasitədir. Təbii ki, bu dövlət Qarabağ münaqişəsi də daxil olmaqla, bölgədə olan konfliktlərin yalnız öz maraqları çərçivəsində nəzərdən keçirilməsinə tərəfdardır. Və konfliktlərin həlli açaranın onda olmasını Qərbə göstərmək, bu dövlətə əlavə dividentlər qazandırır. Qərb isə öz növbəsində çox yaxşı anlayır ki, Yaxın Şərqin qapısı olan Anadolu və Cənubi Qafqaza nəzarət etməsə, ideoloji və siyasi maraqlarından qaynaqlanan və yaşı min illər olan hədəflərinə çata bilməyəcək. Bundan əvvəlki müsahibələrinmdə də qeyd etdiyim kimi, yaxın 3 il ərzində bölgədə maraqlı proseslərin gedəcəyinin şahidi olacağıq.



- Soçi preambulası nə deməkdir? Oxucularımıza bu, haqda bilgi vermənizi istərdik:



- Bildiyiniz kimi, Soçi şəhərində Rusiya prezidenti Medvedyevin vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prezidentlərin görüşü keçirildi. Rəsmi Moskvanın görüşlə əlaqədar yaydığı məlumatda bildirilir ki, prezidentlər Minsk Qrupu tərəfindən təqdim edilmiş konkret təkliflərə dair danışıqlar aparıblar. Münaqişənin nizamlanmasının baza prinsiplərinin əks olunduğu sənədin preambulasına dair tərəflər arasında ümumi anlaşma var. Əslində bu kiçik də olsa irəliyə doğru bir addımdır. Lakin Ermənistanın hər zaman əvvəl razılaşdığı prinsiplərdən, sonra geri çəkilməsi və ya əlavə şərt qoyması xüsusiyyəti ilə məşhurdur. Bunun adı isə «diplomatik qeyri-ciddilikdir» və Ermənistan rəsmi dövlət səviyyəsində bu cür siyasət sərgilədikcə münaqişənin sülh yolu ilə nizamlanmasına nail olmaq çətin olur.



- Maraqlıdır ki, Rusiyadan fərqli olaraq ATƏT Minsk qrupunun digər üzvü olan Amerika və Fransa özlərini bir qədər arxa plana keçirmiş kimi görünürlər. Ola bilərmi ki, qərb münaqişənin həll olunması funksiyanı Rusiyanın üzərinə qoyub?



- Əgər Amerika, Fransanın timsalında Avropa və Rusiya ayrı-ayrılıqda bu münaqişəni həll edə biləcəklərinə inansaydılar, digər tərəflərin burada iştirakına imkan verməzdilər, əksinə bundan maksimum dərəcədə istifadə edib «qazancla» çıxmağa çalışardılar. Sadəcə olaraq tərəflər Türkiyə-Ermənistan yaxınlaşması adı altında qurulmuş çoxtərəfli və mürəkkəb oyunun nə ilə nəticələnəcəyini gözləyirlər. Proses elə bir mürəkkəb məcraya daxil olub ki, vasitəçi tərəflərdən heç biri məsuliyyəti tək bölüşmək istəmir. Təbii ki, Rusiya da həmçinin. Rusiya birmənalı olaraq münaqişənin həlli funksiyasını öz üzərinə götürməz. Çünki bu zaman hansısa uğursuzluq alınarsa, buna görə Rusiya cavab verməli olar. Bu səbəbdən də Moskva hər zaman Minsk qrupunun əhəmiyətini vurğulayır və əslində bununla özünü sığortalamaqdadır. Türkiyə isə bu vasitəçilik oyununa cəlb olunmaqla özünü çətin vəziyyətə saldı. Ermənistan bütün dünyada öz diplomatik səbatsızlığı və qeyri-ciddiliyi ilə məşhurdur. Lakin hansısa bir məqamda, məlum protokolların ratifikasiya edilməməsi, Ermənistanın səbəbindən olsa belə, birmənalı olaraq Türkiyəni pis vəziyətdə qoyacaq. Yəni əslində Minsk qrupundakı qüvvələr özlərinin heç bir vəhclə olmaq istəmədikləri duruma, Türkiyəni salıblar. Türkiyə iqtidarı isə son zamanlar bunu artıq hiss etməkdədir, lakin, əfsuslar ki, gecdir.



- Vuqar bəy, bu günlərdə Türk dünyası üçün əlamətdar hadisə baş verdi. AŞPA-da prezident vəzifəsinə Türkiyəli deputat Mövlüd Çavuşoğlu seçildi. Neçə düşünürsünüz, belə bir hadisədən sonra qurumda Dağlıq Qarabağ məsələsi ilə bağlı hansısa addımın atılması gözlənilirmi?



- Təbii ki, istər Türk, istərsə də İslam dünyası üçün əlamətdar hadisədir. Lakin unutmaq olmaz ki, AŞPA kokret mexanizmi, ənənəvi baxışı olan, oturuşmuş bir qurumdur. Hər şey prezidentdən asılı olmaya da bilər. Çavuşoğlunun Türk dünyasının maraqlarından çıxış edəcəyinə ümid edirik.



- Son vaxtlar İran Ermənistan münasibətləri sürətlə inkişaf edir. Özünü müsəlman ölkəsi hesab edən İran, Dağlıq Qarabağ məsələsində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirir. Ancaq, praktiki işə gələndə İran Türkiyədən fərqli olaraq Dağlıq Qarabağ məsələsinin həllində prinsipial mövqe ortaya qoymur...



- Hər hansı bir münaqişə ocağı bölgədə yerləşən və eləcə də həmin bölgədə marağı olan güclərin öz imkanlarını artırmaq vasitəsidir. Bu belə olub, indidə belədir və həmişə belə olacaq. Rusiya, ABŞ, Fransa və Almaniyanın timsalında Avropa, Türkiyə və eləcə də İranın bu münaqişəyə öz maraqlarından doğan baxış prizması var. İrana güclü, ərazi münaqişəsi olmayan Azərbaycan sərf etmir. Ən azı daxilindəki çoxmilyonlu Azərbaycan türkü faktoruna görə. Başqa bir faktor isə İranla sərhəd Azərbaycan rayonlarının işğal altında olması məsələsidir. Bildiyiniz kimi, Aran Qarabağında işğal altında olan İranla sərhəd rayonların boşaldılması həmin ərazilərə sülhməramlı qüvvələrin yerləşdilrilməsi ilə nəticələnə bilər. Bu isə NATO-nun rahat bir şəkildə dolayısı ilə İranla sərhəd bölgələrə daxil olması deməkdir. Tehran bunda özü üçün risk təhlükəsi görür. Bu səbəbdən nəinki münaqişənin həllində prinsipial mövqe ortaya qoymur, hətta açıq və gizli şəkildə Ermənistana dəstək olmaqda davam edir.



Elnur Eltürk











Yorumlar









Aktif Ziyaretçi 36
Dün Tekil 1349
Bugün Tekil 1131
Toplam Tekil 4074407
IP 18.118.140.108






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























15 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Asil yetimler anadan babadan de il, ilim ve ahlaktan yoksun olanlard r. (HZ. AL )


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.287 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu