Ələmdar Cabbarlı ilə Müsahibə - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Ələmdar Cabbarlı ilə Müsahibə - Elnur ELTÜRK
Tarih: 02.02.2010 > Kaç kez okundu? 3187

Paylaş


Ələmdar Cabbarlı “Guya Xatəmi özü bilmirdi ki, Nizami türkdür!?”



“Bizim Söz” qəzetinin baş redaktoru, şair Ələmdar Cabbarlının Gunaz.TV Mətbuat Xidmətinə verdiyi müsahibəsini təqdim edirik.



- Ələmdar bəy, Bu gün bəzi yazarlardan eşidirik ki, Azərbaycan ədəbiyyatı XIX əsrdən başlayır. Yəni, ona kimi olan ədəbiyyatın, yazılan əsərlərin Azərbaycana ədəbiyyatına heç bir aidiyyəti yoxdur. Bu, fikirlərlə razılaşırsınızmı?



- Siz deyirsiniz ki, bunu bəzi yazarlar deyir, açığı məndə bir az şübhə yaranır. Yəni yazar olan kəs belə bir söz deyə bilməz. Desəydiniz ki, bəzi çızma-qaraçılar belə deyir, əlbəttə ki, daha doğru səslənərdi. XIX əsrə qədər olan ədəbiyyatın Azərbaycan ədəbiyyatına aidiyyatı yoxdursa, onda Nizaminin, Füzulinin, Nəsiminin, Vaqifin yaradıcılığını hansı xalqın ədəbiyyatına aid edək? Mən bu fikri irəli sürənləri Nizaminin fars şairi olduğunu iddia edənlərlə eyniləşdirmək məcburiyyətindəyəm. Gəlin, bu qeyri-ciddi fikir ətrafında çox da müzakirə açmayaq, sonra onlara elə gələr ki, doğrudan da ciddi müzakirələrə səbəb olan bir polemika aça bilər.



- Farslar Nizami Gəncəvini özlərinə məxsus olduğunu qeyd edirlər. Bu, yöndə təbliğatlarını aparırlar. Bu gün hansı tədbirləri görə bilərik ki, dünya neçə Şeksperin İngilis xalqının övladı olduğunu bildiyi kimi, eyni zamanda Nizaminin Azərbaycan türkünə məxsus olduğunu qəbul etməlidir?



- Əslində Nizami Gəncəvinin Azərbaycan türkünə məxsus olması dünyaya yaxşı məlumdur. Amma bunu dünya etiraf edir və ya etmir, o artıq başqa söhbətin mövzusudur. Yəni bundan çox narahat da olmağa dəyməz. Dünyanın böyük şəxsiyyətləri ətrafında həmişə müəmmalar, mübahisə və müzakirələr olub və olacaq. Farsların Nizamini fars şairi saymasına gəlincə, onlar özləri də gözəl bilirlər ki, Nizami bir Azərbaycan türküdür, onun əsərləri öz mahiyyətinə, düşüncə tərzinə, obrazlar sisteminə görə bir türk hadisəsidir. Bunu farslar gözəl bilirlər. Və bu yöndə bizim hər hansı bir iş görməyimizdən asılı olmayaraq, farslar bu xislətindən əl çəkməyəcəklər. İranın keçmiş prezidenti Xatəmi də demişdi ki, Nizami fars şairidir. Guya Xatəmi özü bilmirdi ki, Nizami türkdür!? Farslar Şəhriyarı da fars hesab edirlər. Amma, bu o mənaya gəlməməlidir ki, biz əlimizi əlimizin üstünə qoyub oturaq, onların bu yersiz iddialarına cavab verməyək. Nizaminin farslara aid olmasını söyləyərkən, onun bu dildə yazıb-yaratması önə çəkilir. Əlbəttə ki, bu, məntiqi baxımdan da, elmi baxımdan da bəsit bir yanaşmadaır. Hər hansı bir yazıçının, şairin əsəri mahiyyətcə, öz qaynaqları, kökləri etibarilə, düşüncə tərzinə görə, obrazlar aləminə görə milli məzmun daşıya bilər, yəni əsərin hansı dildə yazılması burada aparıcı mövqeyə malik deyil. Bu gün Moskvada yaşayan və əsərlərini rus dilində yazan, amma yuxarıda sadaladığımız kriteriyalar üzrə sırf Azərbaycan, türk yazıçısı, şairi olanların adlarını da çəkə bilərəm, eyni zamanda Bakıda yaşayan və Azərbaycan dilində yazan çoxlu imzalar da göstərə bilərəm ki, onların yazdıqlarının Azərbaycan ədəbiyyatına, bizim milli düşüncə sistemimizə, folklorumuzdan, klassik ədəbiyyatımızdan, milli ədəbiyyatımızdan qaynaqlanan obrazlar sistemimizə heç bir dəxli yoxdur. Yəni, Azərbaycan dilində olan cızma-qaraları, cəfəngiyyatları milli ədəbiyyat saymaq nə dərəcədə məntiqidir? Amma başqa dildə yazılan, düşüncə etibarilə bir Azərbaycan, bir türk hadisəsi olan əsərləri milli ədəbiyyat saymaq mümkündür. Dünya ədəbiyyatından da onlarla belə misallar çəkə bilərik ki, yazıçı və şairlər öz xalqının milli varlığını müdafiə edən bir sıra əsərləri başqa dillərdə, əksərən də öz xalqlarını əsarətdə saxlayan xalqların dilində qələmə alıblar. Taqorun hind xalqının milliliyini, kültürünü ifadə edən ingiliscə yazdığı əsərləri var. Onda biz gərək onu ingilis yazarı hesab edək. O ki, qaldı Nizamiyə, demək istəyirəm ki, onun bir türk, Azərbaycan şairi olmasını öyrənmək üçün uzağa getmək lazım deyil. Bunun üçün onun əsərlərinə müraciət etmək gərəkdir. Böyük şair bir şeirində vurğulayırdı ki, əsrlər sonra mənim harda olduğumu soran olsa, mənim hər beytim söyləyəcək ki, o, burdadır. Biz də onu və onun milli kimliyini elə öz misralarında axtarmalı, şairi dünyaya öz əsərləri ilə təqdim etməliyik. Nizaminin əsərlərində onun bir Azərbaycan türkü olmasını isbatlayan xeyli məqamlar, kod və açar vardır. Qaldı ki, Nizaminin fars dilində yazması məsələsinə, bunu həmin dövrün kontekstindən qiymətləndirmək lazımdır. Dünya fikir tarixinin görkəmli nümayəndələrindən olan Aristotel deyirdi ki, hər hansı bir adamın sözünü və hərəkətini mühakimə edərkən, təkcə həmin sözün və hərəkətin yaxşılığı və pisliyi deyil – həmin sözün və ya hərəkətin hansı zamanda, hansı şəraitdə, nə münasibətlə deyildiyini, edildiyini də nəzərə almaq daha yaxşı nəticə çıxarmağa səbəb olur. Bu fikirləri nəzərə alaraq Nizaminin dövrünə bir ekskursiya etsək, fikirlərimizi daha əyani şəkildə söyləyə və sübut edə bilərik. Nizaminin yaşadığı dövr Şirvanşahların hökmranlğına təsadüf edir. Bu dövrdə qələm adamlarından farsca yazmaq tələb olunurdu. Bu dövrün şeir, sənət dili fars dili sayılırdı, çünki ölkədə rəsmi dil də fars dili idi. Nizami bu dildə yazmağa məcbur idi. Bu dövrdə türkcə yazılmış əsərlərə belə deyək də, yiyə duran yox idi. Nizami bunu “Yeddi gözəl”də açıq şəkildə ifadə edir:

Türkcəmi bu həbəşdə alan yox,

Dovğanı bir yemək deyə, yeyən yox.

Amma Nizaminin ustalığı, sənətkarlığı da elə ondadır ki, o fars dilində yazır, amma türk düşüncəsi ilə, türk kimi yazır. Bu, olduqca çətin bir məsələdir. Sən başqa bir dildə, həm də zorən yazasan, amma öz xalqının düşüncə tərzini, məxsus olduğun ədəbiyyatın obrazlar sistemini bu əsərlərdə əks etdirə biləsən. Yenə də deyirəm, Nizami bu əsərləri fars dilində könüllü yazmırdı. “Leyli və Məcnun”da Şirvanşah Axistanın ona olan məktubuna nəzər salaq. Əsərin yazılmasını sifariş edən hökmdarın birinci və əsas tələbi odur ki, şair bu əsəri türk dilində yazmamalıdır:

Türk dili yaraşmaz şah nəslimizə,

Əskiklik gətirər türk dili bizə.

Yüksək olmalıdı bizim dilimiz,

Yüksək yaranmışdır bizim nəslimiz.

Bu məktub Nizamiyə olduqca pis təsir edir, o, öz durumuna, xalqının durumuna acıyır və bu təklifə zorən razı olduğunu və ya razı olmaya bilməməyini ifadə edir:

Qulluq halqasına düşdü qulağım,

Qan vurdu beynimə əsdi dodağım.

Nə cürətim vardı, əmrdən qaçam,

Nə də gözüm vardı xəzinə açam.

Ömrüm viran oldu, solub saraldım,

Bu əmrin önündə cavabsız qaldım.

Amma eyni zamanda bu fikri də söyləmək olar ki, hərçənd, bunu tədqiqatçılar dəfələrlə söyləyib: Nizaminin türk dilində əsərləri yox deyildir. Mətbuatda da arabir biz oxuyuruq ki, Nizaminin türk dilində əsərləri tapılıb. Bu əsərləri qiymətləndirərkən bəziləri onun həqiqətən də Nizamiyə aid olmasını, bəziləri isə əksini deyir. Amma yenə də deyirəm, ola bilməz ki, Nizaminin öz ana dilində əsərləri olmamışdır. Yəqin ki, bu suala doğru cavabı əlahəzrət tarix özü verəcəkdir. Deyəsən, mən bu suala bir az uzun cavab verdim. İstəyirəm ki, sonda Məmməd Əmin Rəsuzadənin bir fikri ilə bu suala nöqtə qoyaq. Rəsulzadənin Nizamiyə həsr etdiyi bir məqaləsi var və orada isə belə cümlələr var: Gözəl ilə böyüyə - türk, gözəllik ilə böyüklüyə - türklük, gözəl və böyük sözə - türkcə, gözəllik və böyüklük diyarına – “Türküstan” deyən bir şairə hansı ağız “o, türk deyildir” deyə bilər?





- Hazırda, bu gün ki, Azərbaycan ədəbiyyatı əlli milyonluq bir xalqın birləşməsi üçün hansı işləri görür?



Əlbəttə ki, xalqımızın birləşməsi bizim hər birimizin ən ülvi arzularından biri və birincisidir. Bunun üçün real tarixi şərait, siyasi zəmin olmalıdır. Zaman-zaman bölünmüş xalqlar, parçalanmış ərazilər birləşir və mənim buna heç bir şübhəm də yoxdur. Ümid edirəm ki, tarix illər öncə edilmiş bu ədalətsizliyi aradan qaldıracaqdır. Əlbəttə ki, ədəbiyyat da bu birləşmənin baş tutması naminə öz üzərinə düşən vəzifəni yerinə yetirməli, buna söz cəbhəsi olaraq bir zəmin hazırlamaldır. Bizim ədəbiyyatmıza xalqımızın birləşməsi mövzusunun, Cənub mövzusunun gəlməsi XX əsrin 30-40-cı illərinə təsadüf edir və o zamandan başlayaraq bu mövzu şair və yazıçılarımızın yaradıcılığında öz əksini tapır. S.Rüstəmin, S.Vurğunun, R.Rzanın bu mövzuda rəğbətlə qarşılanan əsərləri vardır. Artıq bu mövzunun Azərbaycan ədəbiyyatında öz obrazlar sistemi, ifadə üslubları var. Bu mövzuda yazılmış əsərlərə, obrazlara nəzər salsaq bunları aydın şəkildə görə bilərik. Deyək ki, bizim ədəbi dilimizdə, poetikamızda artıq öz semantikasına görə ayrılığı, həsrəti ifadə edən Araz sözü, Xudafərin sözü və obrazları vardır. Amma bu gün gənc yazarlarımız arasında bu mövzuya müraciət edənlər olduqca azdır və bu vəziyyət məni razı salmır. Hesab edirəm ki gənclərimiz gəlmə texnologiyaları, bizə yad olan forma və mövzuları şeirmizə gətirməkdənsə, sizin ifadə etdiyiniz kimi, 50 milyonluq xalqın birləşməsi üçün rol oynayacaq, töhfə verəcək əsərlər yazsalar, millətimiz və vətənimiz üçün daha faydalı ola bilər. Mənim özümə gəlincə, bu mövzuda silsilə şeirlərim var və bu mövzuda yenə də yazılar yazmağı özümə borc bilirəm. Ədəbiyyatımız bu məsələdə önəmli rol oynaya bilər. O xalqın ki, şairi, şeiri, ədəbiyyatı susmayıb, onu məhv etmək, onun axırına çıxamaq mümkün olmayacaq. Məmməd İsmayıl demişkən: Şairləri susmayan, Bir Vətən basılmayıb!



- İyirmi ildən sonra indi ki, yaşlı yazarlarımızı, şairlərimizi əvəz edəcək istedadlı gənc şair, ədiblərimizin yaradıcılıq potensialı imkan verirmi ki, güclü əsərlərlə meydana çıxsınlar?



- Mənim bu gün yaradıcılıq potensialına, qabiliyyətinə inandığım və güvəndiyim xeyli imzalar, gənc qələm sahibləri var və ədəbiyyatımızın sabahına ümidlə baxıram.



- Prezident administrasiyanın rəhbəri Ramiz Mehdiyevin ədəbiyyatı da əhatə edən məlum məqaləsindən sonra, bu yöndə hansı addımlar atılıb?





- Məqalənin yazılmasından çox da böyük bir zaman keçməyib və bu barədə danışmaq hələ tezdir.



Elnur Eltürk











Yorumlar









Aktif Ziyaretçi 29
Dün Tekil 1787
Bugün Tekil 1072
Toplam Tekil 4068993
IP 18.191.13.255






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























11 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Sevgim - Millete!
Vurgunlu um - Azadl a ve adalete!
itaatim - Hocalar ma!
Borcum - Dostlar ma ve meslekta lar ma!
Nefretim - Yalanc lara ve iki y zl lere!

(Eb lfez EL BEY)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.287 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu