Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının "Şəhər turizmi üzrə 5-ci Qlobal Sammiti" öz işinə başlamışdır - Türkan RUSTAMOVA - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının "Şəhər turizmi üzrə 5-ci Qlobal Sammiti" öz işinə başlamışdır - Türkan RUSTAMOVA
Tarih: 01.11.2016 > Kaç kez okundu? 421

Paylaş


Məlum olduğu kimi, Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti 2016-cı ilin 31 oktyabr - 1 noyabr tarixində Misir Ərəb Respublikasının Luksor şəhərində keçirilən Birləşmiş Mİllətlərin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 104-cü Sessiyasında iştirak edir.

Qeyd edək ki, 1 noyabr tarixində tədbirin yekun görüşləri keçirilmiş və İcraiyyə Şurasının 104-cü Sessiyası öz işini başa vurmuşdur. Tədbir çərçivəsində BMÜTT-nin Baş Katibliyinin və Proqram və Büdcə Komitəsinin müvafiq hesabatları, 2018-2019-cu illər üzrə Ümumi İş Proqramı, eləcə də Azərbaycanın Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının sədri seçilməsi və bir sıra digər mühüm məsələlər haqqında qərarlar təsdiq edilmişdir.

Sözügedən tədbirin ardınca BMÜTT-nin "Şəhər turizmi üzrə 5-ci Qlobal Sammiti" öz işinə başlamışdır. Tədbirin açılışında BMÜTT-nin Baş Katibi cənab Taleb Rifai, Misir Ərəb Respublikasının turizm naziri cənab Yehia Raşed, Luksor şəhərinin qubernatoru Muhamed Sayed Bedr və Ümumdünya Turizm və Səyahətlər Şurasının prezidenti David Skousil çıxış etmişdir.

Daha sonra "Perspektivlər və çətinliklər" mövzusunda Şəhər Turizmi üzrə yüksək səviyyəli panel iclası keçirilmişdir. Panelçi qismində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev şəhər turizmi, bu turizm növünün inkişafı perspektivləri, onun sosial və iqtisadi təsirləri və potensial problemlər haqqında ətraflı məlumat vermişdir.

Şəhər turizmində davamlı və hərtərəfli inkişafa nail olmaq məqsədilə hansı işlərin görülməli olduğunu qeyd edən Nazir, bu növ turizmin multi-funksional təbiətinin çox dəqiq planlaşdırma və idarəetməyə ehtiyac yaratdığını vurğulamışdır. Çıxış zamanı Əbülfəs Qarayev ölkəmizin paytaxtında, eləcə də digər böyük şəhərlərdə bu növ turizmin planlaşdırılması və gələcək perspektivlər, bu sahə üzrə inkişafın təmin edilməsi məqsədilə görüləcək işlər barədə geniş məlumat təqdim etmişdir. İclas şəhər turizmi mövzusu ətrafında müvafiq müzakirələrlə davam etmişdir.

Məlumat üçün bildiririk ki, "Şəhər turizmi üzrə 5-ci Qlobal Sammit" öz işini sabah davam etdirəcəkdir.





Yorumlar










Aktif Ziyaretçi 15
Dün Tekil 1032
Bugün Tekil 525
Toplam Tekil 1936573
IP 54.225.47.94






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































3 Safer 1439
Ekim 2017
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Köpeklerin dudakları değdi diye deniz kirlenmez.
(MEVLANA)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.192 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu