“EL İÇİNDƏ” BAŞ VERƏNLƏR ŞAH XƏTAİYƏ QARŞI HƏQARƏT - Seymur HƏSƏNLİ, DAK Gənclər Təşkilatının sədri - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









“EL İÇİNDƏ” BAŞ VERƏNLƏR ŞAH XƏTAİYƏ QARŞI HƏQARƏT - Seymur HƏSƏNLİ, DAK Gənclər Təşkilatının sədri
Tarih: 24.01.2010 > Kaç kez okundu? 2598

Paylaş




Şah İsmayıl Xətai. Nəinki Azərbaycan, bütün dünya türklərinin fəxr edə biləcəyi bir şəxs. Təəssüflər olsun ki, nəinki dünya türkləri, elə azərbaycan türklərinin də bir qismi bu şəxsiyyətə birmənalı şəkildə yanaşmır. ATV telekanalının “El İçində” proqramında səslənən bir sıra fikirlər bunu bir daha təsdiq etdi. Məsələni ümumi münasibət çərçivəsində qurmaq istəmirəm. Çünki tarixə mövcud yanaşmada həmin dövrün deyil, bu günün şərtlərinin əsas götürülməsi yalnış nəticələrə aparıb çıxarır.

Əsasən adını çəkdiyim proqramda səslənən fikirlərə toxunmaq istəyirəm. Doğru, o proqramda ümumiyyətlə bu millətə aidiyyatı olmayan Seymurbaycanlar, Əli Əkbər kimi türkdən başqa kimə desən xidmət edən (para başlıca şərt olmaqla) iştirakçılar vardı. Bu adamlardan ümumiyyətlə danışmaq istəmirəm. Çünki cəmiyyətdəki bu virusların yeganə əlacı, onları anti olan virusla təmizləməkdir. Ona görə də keçirəm vaxtilə Elçibəyin sağında-solunda fırlanan, sonra “Mən Elçibəy yolunu gedə bilmədim” deyən millət vəkili Fazil Mustafaya. Fazil bəy bildirir ki, o, vaxtı ilə Şah İsmayılla fəxr edirmiş, amma bu gün fəxr etmir. Sizcə, səbəb nədir? Mən şəxsən onu bildirmək istəyirəm ki, bəli, hörmətli Fazil bəy 2003-2004-cü illərə qədər Şah Babamız ilə fəxr edirdi. O vaxtacan ki, Nurçu-Fətullahçı qüvvələrdən dəstək almağa başladı. O vaxtacan ki, adını çəkdiyim mənfur qüvvələrin təsir dairəsinə düşdü. Həmin qüvvələrin isə Şah Xətaiyə münasibəti bəllidir.

Proqram ərzində Fazil bəyin də, Nəsib bəyin də yanaşmaları məndə hiddət doğurdu. Çıxışlarında Şah İsmayılı Azərbaycanı şiə dövlətinə çevirməklə Türk Dünyasının birliyinə böyük zərbə vurmaqda günahlandırdılar. Və onu bu birliyin parça-parça olmasında rolunun olduğunu iddia etdilər.

İlk öncə təriqət məsələsinə münasibətimi bildirim ki, mənim üçün şiə, sünni və islamdan gələn digər təriqətlərin heç birinin əhəmiyyəti yoxdur. Millət və Dövlət maraqlarıma xidmət edən hər kəs dinindən, təriqətindən asılı olmayaraq mənimçün dəyərlidir. Çünki Türkçülük hər şeydən öndədir. Bu, hansı təriqətdən və dindən olmasına baxmayaraq bütün türkləri birləşdirən bir idealogiyadır.

İndi tarixə-Şah Xətai dönəminə qısa bir nəzər salaq. Məlum olduğu kimi həmin dönəmdə nəinki Şərqdə və Qərbdə, bütün dünyada dövlət idarəçilik formaları din üzərində qurulmuşdu. Bununla bərabər Xətai dövlət qurduğu zaman onun qonşuluğunda bütün dünyanı lərzəyə salan sünni mərkəzli, ümmətçiliyə əsaslanan Osmanlı dövləti var idi. Azərbaycanda əhalinin əksəriyyəti isə şiə təriqətində idi. İndi sual verirəm, Şah İsmayıl Xətai bu halda nə etməliydi? -Təbii ki, dövlətin idarəçilik forması olaraq dini seçməliydi. Çünki bu dünyanın reallığı idi. Dində də müəyyən təriqətə əsaslanmalıydı ki, hakimiyyəti möhkəm dayaqlar üzərində qurulsun.

Bundan başqa, Türk Birliyinin parçalanmasına yalnız təriqətçilik baxımdan yanaşmaq düzgün deyil. Çünki hələ Şah Xətai və Sultan Səlimdən öncə Əmir Teymurla İldırım Bəyazid toqquşmuşdular. Yaxşı, bəs bu iki böyük qəhrəman niyə savaşırdı? Axı hər ikisi sünni idi. Demək, məsələ heç də təriqət deyil, sadəcə dövrün reallığından irəli gələn dünyaya hökm etmək istəyi idi.

İndi isə həmin tarixə türkçülük baxımından yanaşaq. Şah Xətai və Sultan Səlim. Kim daha çox türkçü idi? Osmanlı dövlətində fars və ərəb dilinin hakim olduğu bir vaxtda Şah İsmayıl Türk dilini (Azərbaycan türkcəsini) dövlət dili olaraq qəbul etdi. Sultan Səlim Şah İsmayıla öz məktublarını farsca yazanda Xətai cavab məktublarını türkcə yazırdı. Şah İsmayıl ordunu milliləşdirdi. Və Türk dilini orduda danışıq dilinə çevirdi. Türkcə hərbi terminlər qəbul etdirdi. Bundan başqa, məlum olduğu kimi Xətai həm də şair olub. Məhz Şah İsmayıl öz şeirlərini ərəbin əruz vəznində yazmaqdan imtina edərək, türk şeir janrı olan heca vəznini seçmiş və bütün ədəbi yaradıcılığını bu janr üzərində qurmuşdu.

Amma bütün bunlara baxmayaraq, yaşananlar türkün tarixidir. Bu tarixi araşdırmaq lazım. Səhvlərdən nəticə çıxarıb, uğurlardan bəhrələnmək lazım. Birləşdirən nöqtələri tapmaq lazım. Birləşən nöqtələr üzərində köklənmək lazım. Ayırıcı tərəfləri qabartmamaq lazım. Çünki eyni ata-anadan olan, hətta iki əkiz uşaq arasında belə fərqlər olur.





Yorumlar








Aktif Ziyaretçi 20
Dün Tekil 763
Bugün Tekil 676
Toplam Tekil 1636970
IP 54.147.236.192






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































4 Rebiü'l-Evvel 1438
Aralık 2016
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Ne kadar bilirsen bil; söylediklerin karşındakinin anladığı kadardır.
(MEVLANA)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.883 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

Sayac

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu